Putin-Makron görüşü nə ilə nəticələnəcək? - ŞƏRH

Putin-Makron görüşü nə ilə nəticələnəcək? - ŞƏRH
Rusiya prezidenti Vladimir Putin bu gün fransalı həmkarı ilə görüşəcək. Rusiya-Fransa sammiti çərçivəsində baş tutacaq görüşdə bir çox mövzular olacaq. Emmanuel Makron Moskva görüşündən sonra çərşənbə axşamı Kiyevə gedəcək.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki,  Makronun tələm-tələsik verdiyi bu qərar əslində təəccüblü deyil. Onun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri və vasitəçilik təşəbbüsü Fransa prezidentini narahat etməyə başlayıb:

"Ona görə də  Ərdoğanın səfərindən dərhal sonra rusiyalı və ukraynalı həmkarları ilə telefonla danışdı, indi də üzbəüz müzakirələr aparacaq.  Paris İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də Ankaranın vasitəçiliyinə mane olmaq istəyəcək, bunun əvəzinə, öz moderatorluğunu təklif edəcək. Çünki proseslərin nəzarəti altında olmaq istəyir. Bu isə şəxsi maraqlardan xəbər verir.

NATO-nun Ukraynanı müdafiə etdiyinə və Fransanın həmin alyansın üzvü olmasına baxmayaraq, Makronun əvvəlcə Rusiyaya səfər etməsi onun Putinin şəxsinə və fikirlərinə daha çox önəm verdiyini göstərir. Bu da təbii ki, güc faktoru ilə bağlıdır. Fransa Prezidenti Zelenski ilə müzakirəsinin tezislərini Putinlə apardığı fikir mübadiləsinin nəticələrinə uyğun tənzimləyəcək”.

Müsahibimiz bildirib ki, Makron-Putin görüşündə Kiyevin NATO-ya üzvlüyü məsələsi müzakirə oluna bilər:

"Hər halda bu məsələ Rusiya və Ukrayna üçün çox mühümdür. Qərb isə, sözügedən "kozur"dan tərəflərin hər ikisinə qarşı təsir vasitəsi kimi istifadə edə bilər. Bunun Rusiyanı daha çox sıxışdırılması, Ukraynanın isə müəyyən mənada güzəştə məcbur edilməsi ilə müşahidə olunması mümkündür. Başqa sözlə desək, Moskva hədələnə, Kiyev isə şirnikləndirilə bilər.

Makron hər iki həmkarı ilə görüşün səmərəli keçməsinə çalışacaq. Hətta ola bilsin, o, Putin və Zelenskini Fransaya dəvət etsin. Böyük ehtimalla, hər üç lider görüşlərin məhsuldar keçdiyini deyəcək. Lakin Makronun cəhdlərinin uğurlu alınacağı, həmçinin hansısa real razılığın olacağı  ağlabatan deyil. Çünki Ərdoğan Putin üçün də, Zelenski üçün daha səmimi, etibarlı liderdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

İlham Əliyev: "Türkiyə dünya çapında böyük güc mərkəzinə çevrilib" - VİDEO

"Türkiyə bu gün nəinki dünya çapında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir". S...

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Düşənbədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Sfera.az xəbər verir ki, bu barədə məlumat...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...