Prezidentin köməkçisi: “Hazırda Cənubi Qafqaz regionunun gündəmində sülh gündəliyi dayanır”

Prezidentin köməkçisi: “Hazırda Cənubi Qafqaz regionunun gündəmində sülh gündəliyi dayanır”
"Möhtərəm Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu”. 

Sfera.az-ın məlumatına əsasən, bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır. Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələrinin Azərbaycana qarşı təbliğat kampaniyaları davam edir.

"Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar, yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdikləri vəhşiliklərə şahidlik etsinlər”, - deyə o əlavə edib.

Hikmət Hacıyevin sözlərinə görə, digər ən böyük problem minalardır. O qeyd edib ki, humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir.
"Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında beşinci yerdədir. Bunu təəssüflə qeyd edirik”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib. Prezidentin köməkçisi qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunun gündəmində sülh gündəliyi dayanır. 

"Azərbaycan Ermənistana sülh üçün beş maddəlik baza prinsipi təklif edib”, - deyə o xatırladıb. 
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...