Prezidentin hədəfində yenə də Köçəryan və Sərkisyan vardı - Gəncə səfərinin diqqətçəkən məqamları

Prezidentin hədəfində yenə də Köçəryan və Sərkisyan vardı - Gəncə səfərinin diqqətçəkən məqamları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Bu, Prezidentin Azərbaycanın ikinci böyük şəhərinə sayca 18-ci səfəridir. Səfər çərçivəsində Prezident ənənəvi olaraq bir sıra açılışlara qatılıb.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı Gəncə regional "ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib. Bundan başqa, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olan Prezident, həmçinin Gəncədə "Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunu istismara verib.


Əslində bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim Prezidentin diqqət mərkəzindədir. Ölkə başçısının özünün də dediyi kimi, bu açılışlar həm də onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır. Eyni zamanda bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.


Ölkə başçısının Gəncə şəhərinə səfəri çərçivəsində ən diqqətçəkən məqam şübhəsiz ki, onun 44 günlük Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyması və daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi oldu. Prezident çıxışı zamanı bir daha qeyd etdi ki, biz 44 günlük müharibə zamanı hər şeydən öncə erməni faşizmini məğlub etmişik. Bundan başqa, Prezidentin hədəfində yenə də Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sərkisyan var idi.

 

Prezidentin Gəncəyə səfəri zamanı "erməni faşizmini məğlub etmişik” deməsi və Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan ilə Serj Sərkisyanı sərt tənqid etməsi səbəbsiz deyildi. Məlum olduğu kimi, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən idi. Prezidentin də qeyd etdiyi kimi, müharibə zamanı Gəncəyə 13 raket atılıb. Onlardan 8-i partlayaraq mülki insanların həyatına son qoyub. Məsələ ondadır ki, Gəncə şəhəri nə təmas xəttində idi, nə də cəbhə bölgəsinə yaxın ərazi.

 

Digər tərəfdən, ermənilər Gəncədə müharibənin seyrinə təsir edəcək hərbi obyektin olmadığını da bilirdi. Müharibənin gedişində məhz Gəncənin hədəf seçilməsi dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq, Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut etdi.

 

Prezident "biz erməni faşizmi üzərində qələbə qazandıq” deyərkən əslində ermənilərin Gəncəyə və digər şəhərlərimizə hücumu ilə alman faşistlərinin ikinci dünya muharibəsi zamanı müxtəlif mülki ərazilərə hücumu arasında paralellik aparır. Prezidentin bu məsələlərlə paralel Sərkisyan və Köçəryanı hədəf alması isə bu şəxlərin Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla işgəncə verib qətlə yetirməsi ilə bağlıdır. Prezidentin hər vəchlə bu iki şəxsin adını çəkməsi dünya ictimaiyyətinin diqqətinə israrla çatdırması bu şəxslərin bu gün azadlıqda gəzməsi ilə əlaqədardır.

 

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

“Türkiyə İsveç və Finlandiyaya şərt qoyacaq ki...” – Rusiyanın qonşuları kompromisə gedir?

İsveç NATO-ya üzvlük üçün Türkiyəyə heyət göndərib. Finlandiya isə adıçəkilən təşkilata rəsmi qaydada üzvlük üçün çərşənbə günü müraciət edəcək.   Maraql...

İlham Əliyev: "Türkiyə dünya çapında böyük güc mərkəzinə çevrilib" - VİDEO

"Türkiyə bu gün nəinki dünya çapında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir". S...

İlham Əliyev Türkiyədə - CANLI

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Rize-Artvin hav...

Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

Düşənbədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Sfera.az xəbər verir ki, bu barədə məlumat...

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.  Sfera.az xəbə...