Poroşenkonun çıxışı zamanı fəxri qarovulun əsgəri özündən getdi – VİDEO
17:00 / 24.08.2018
2349
Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkənin Müstəqillik Günü ilə bağlı Kiyevdə çıxışı zaman fəxri qarovulun əsgəri özündən gedib.
Sfera.az xəbər verir ki, insident prezidentin çıxışının 9-cu dəqiqəsində baş verib. Hərbçinin halı pisləşib, lakin mühafizə xidməti tez onu tutaraq ərazidən çıxara bilib. Bundan sonra qarovulda dəyişiklik aparılıb.
Rəsul
Sfera.az