Pomidorun bahalaşma səbəbi AÇIQLANDI

18:00 / 20.04.2022
1724
"Azərbaycan pomidor bazarında tələb təklifi üstələyir, çünki bu məhsulun istehsalı üzrə hal-hazırda qıtlıq müşahidə olunur".
Onun sözlərinə görə, pomidorun yetişməsi 7-8 həftəyə başa gəlir: "7-8 həftə bundan əvvəl qışın ən soyuq günləri idi. Ona görə pomidorun yetişmə prosesi zəif sürətlə gedirdi. Bu səbəbdən pomidor istehsalında aprel ayında məhsuldarlıq azdır. Lakin bir həftədən sonra vəziyyət dəyişəcək, pomidor yetişir, istehsal həcmi artır”.
"Hazırda istehsalçılarda böyük həcmdə pomidor ehtiyatı yoxdur. Bu səbəbdən qiymətlər artır. Ümumiyyətlə, martın sonu aprel ayı ərzində pomidorun ən baha qiymətə satılan vaxtıdır. Hesab edirəm ki, bir həftəyə qiymətlər enəcək.
O əlavə edib ki, ilk növbədə ölkə bazarında pomidora olan tələbat qarşılanır, qalan hissəsi isə ixrac edilir.
O, pomidorun Rusiyaya ixracındakı son vəziyyəti açıqlayıb: "Rusiya-Ukrayna müharibəsi başlayanda şimal qonşumuzun sərhəd-keçid məntəqəsində məhsullarımız günlərlə qalırdı. Sərhəddə yük maşınlarının buraxılma sürəti çox aşağı idi. Bu isə məhsullarımızın xarab olmasına səbəb olurdu. Martda istehsalçılarımız çox əziyyət çəkdilər, böyük ziyana uğradılar. Hazırda pomidorun Rusiyaya ixracı davam edir. Son 3 həftə ərzində sərhəd-keçid məntəqələrində yük maşınlarının keçmə sürəti normallaşıb. Hazırda avtomobillər 5-6 günə təyinat məntəqəsinə çatır”.
İxrac olunan məhsullara görə ödənişə gəldikdə isə B.Quliyev deyib ki, Rusiyada müəyyən banklara sanksiyalar tətbiq edilir: "Həmin banklar vasitəsilə ödəniş həyata keçirmək mümkün olmur, amma digər banklar vasitəsilə ödənişlərdə problem olmur".
O vurğulayıb ki, dünya bazarlarında gübrə 3 dəfə bahalaşıb: "Rusiya gübrə ixracına qadağa qoyub. Bu isə dünya bazarlarında gübrənin bahalaşmasına səbəb olub. İstixana şəraitində istifadə edilən damlama gübrələri Azərbaycana artıq Rusiyadan yox, Avropadan, Çilidən, İsraildən gəlir. Rusiyadan gələn gübrə daha çox açıq sahələr üçün istifadə edilən gübrələrdir. Rusiyadan idxal edilən gübrə taxılçılıqda, qarğıdalının, soyanın, yoncanın yetişdirilməsində istifadə edilir”.
O deyib ki, bu il "SOCAR Karbamid" tərəfindən yerli bazara daha ucuz qiymətə karbamid təklif edib: "SOCAR Karbamid" ötən il hansı qiymətə karbamidi yerli bazarda satmışdısa, bu il də həmin qiymətə satıb. Buna görə dünya bazarlarında gübrənin qiymətinin artması ölkə bazarına böyük təsir göstərməyəcək”.
B.Quliyev əlavə edib ki, meyvə-tərəvəz istehsalı üçün toxum Rusiyadan böyük həcmdə alınmır: "Toxumçuluğun inkişafının əsasını seleksiya elmi təşkil edir və bu elm Avropada, Yaponiyada, ABŞ-da, İsraildə inkişaf etdiyi üçün həmin ölkələrdən olan firmalar dünyada toxumların satışı üzrə liderdir. Hazırda dünya bazarlarında toxum bahalaşıb. İstixana sektorunda istifadə olunan toxumların 99 %-i xaricdən gəlir, taxılçılıqda artıq yerli toxum istehsalçıları mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tərəvəzçilik Tədqiqat İnstitutu toxumları bazara çıxardırlar və bu istiqamətdə ilkin addımları atırlar. Toxumçuluğun inkişafı üçün 10 ilə yaxın müddət lazımdır. 3-4 ildir ki, Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə məşğuldur, ona görə daxili tələbatın böyük hissəsi xarici toxum hesabına qarşılanır”.