Polis vətəndaşı döyərək öldürüb? - AÇIQLAMA

Polis vətəndaşı döyərək öldürüb? - AÇIQLAMA
Ağdaş rayonunda vətəndaş İbrahim Cəfərovun polis şöbəsinə aparılıb, orada döyülərək öldürülməsi iddia olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, İbrahim Cəfərovun öldürülməsində Vüsal, Fəqan və Allahverdi adlı polis əməkdaşları xüsusilə fərqləniblər.
 
Eyni zamanda iddia edilib ki, Ağdaşda məhkəmə-tibb ekspertizası İbrahim Cəfərovun ölümü ilə bağlı saxta rəy verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İbrahim Cəfərova fiziki güc tətbiq olunduqdan sonra onun vəfat etməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:

"Mayın 3-də gecə saatlarında rayon ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarında bir nəfərin yerə yıxıldığını aşkar ediblər. Sərxoş vəziyyətdə olan həmin şəxsin şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuş İbrahim Cəfərov olduğu müəyyən edilib.

Polislər həmin şəxsin yaşadığı ünvana çatmasına köməklik göstərməyə çalışsalar da, o bundan imtina edərək özü gedəcəyini bildirib.  

İ.Cəfərovun evinə çatana qədər isə bir neçə dəfə də yıxıldığı ətrafdakı müşahidə kameraları vasitəsilə qeydə alınıb. Növbəti gün yenidən İ.Cəfərov saat 16 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək yatıb və saat 23 radələrində yaxınları onun öldüyünü aşkar ediblər”.

"Meyit müayinə edilməsi üçün morqa yerləşdirilib və ilkin rəyə əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib. İ.Cəfərovun ölüm səbəbi ondan götürülən analizlərin cavabı çıxdıqdan və məhkəmə-tibbi ekspertizanın tam rəyindən sonra məlum olacaq”, - deyə o qeyd edib. 
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...