Polis Nardaranda əməliyyat keçirdi

Polis Nardaranda əməliyyat keçirdi
 
Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. DİN-in rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı dəfələrlə evlərdə saxlanılan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb etmələrinə baxmayaraq, ayrı-ayrı qəsəbə sakinlərində odlu silah olması barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətməsi müəyyən edilib.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ.Ağarızayevin həyətində basdırdığı "Kalaşnikov” markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində 

Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikilidə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı "Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Qeyd edək ki, əhalinin könüllülük prinsipi əsasında silah-sursatı təhvil verməsi üçün Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərdə könüllü olaraq polisə təqdim edilən silaha görə, vətəndaşın məsuliyyətə cəlb edilməməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...