Polad Bülbüloğlu Bakıda qəza törətdi - VİDEO / YENİLƏNDİ

Polad Bülbüloğlu Bakıda qəza törətdi - VİDEO / YENİLƏNDİ
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətməsinə münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qeyd olunan hadisə ilə bağlı quruma sürücülər tərəfindən məlumat verilməyib:

"Hadisə zamanı heç bir avtomobilə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşıblar. Bu vəziyyətdə inzibati xəta tərkibi yaradan hal isə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) maddənin tələbinin pozulmasıdır”.

"Qəza zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, burada əlavə qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə o qeyd edib.

***
 
16:44
 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib. 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan "Mercedes-Benz” markalı maşına arxadan vurub. 

Qəza Səbail rayonu Xəqani küçəsində baş verib. 

Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib. 

 

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Hərbçimiz yol qəzasında həlak oldu

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib. Sfera.az xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alı...

Bakıda dəhşətli QƏZA: Lüks avtomobilin sahibi hadisə yerində öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza olub. Sfera.az-ın məlumatına görə, hadisə mayın 11-i saat 22:50-də yolun Siyəzən rayonu ərazisindən keçən hissəs...

Qızıl şirkətinin azərbaycanlı sahibi ağır qəzada öldü - FOTO

Xarici ölkədə qızıl mədənçiliyi ilə məşğul olan azərbaycanlı biznesmen həyatını itirib. Sfera.az Ölkə.az-a istinadən xəbər verir ki, "Arifoglu Gold" şirkə...

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qaldı - FOTO

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, jurnalistin ta...