“Pfizer” pandemiyanın sonu ilə bağlı zaman göstərdi – Bu tarixədək...

“Pfizer” pandemiyanın sonu ilə bağlı zaman göstərdi – Bu tarixədək...
Alimlər bildirirlər ki, koronavirus tamamilə məhv edilə bilməz və həyatımızda əbədi olaraq "endemik” durum kimi qalacaq.
 
Sfera.az xəbər verir ki, hazırda Avropada pessimist ab-hava hökm sürür və burada yoluxmaların sayına nəzarət çətinləşdiyi üçün Yeni il şənlikləri ləğv edilib.

Koronavirus yeni yayılmağa başladıqda bir çox insan peyvəndlərin mövcudluğundan sonra COVID-19-un əbədi olaraq yox olacağına ümid edirdi. Ancaq gözlənilənlərin əksinə oldu.

"Fred Hutchinson” Xərçəng Araşdırma Mərkəzinin epidemioloqu Dr. Elizabeth Halloran koronavirusla bağlı tədqiqatlardan danışarkən, virusdan qurtulmağın mümkünsüz olduğunu və vəziyyətin həmişəlik endemik olaraq qalacağını bildirib.
 
Əksər elm adamları virusun qeyri-müəyyən müddətə daha aşağı və daha çox proqnozlaşdırıla bilən sayı ilə dövr etməsini gözləyir və bu vəziyyət elmdə endemik vəziyyət adlanır.
 
"Pfizer” şirkətinin rəhbərləri isə keçən həftə koronavirusun 2024-cü ilə qədər endemik olaraq qalacağına inandıqlarını açıqlayıblar. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru dr. Antoni Fauci isə keçən həftə yazmışdı ki, virusun məhv edilməsinin ehtimalı azdır və o, "dövri epidemiya və endemik xəstəlik" olaraq qalacaq.

Mütəxəssislər xəbərdarlıq edir ki, endemik xəstəliyə yoluxma qaçılmaz olsa belə, insanlar hələlik profilaktik tədbirlərdən əl çəkməməlidirlər.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...