“Pfizer/BioNTech” şirkəti "Omicron" ştamı əleyhinə peyvənd hazırlayır

“Pfizer/BioNTech” şirkəti
"Omikron” ştamı əleyhinə vaksin hazırlanır.
 
Sfera.az bildirir ki, bu barədə "Pfizer/BioNTech” şirkəti məlumat yayıb. Artıq peyvəndin istehsalına başlanıldığı qeyd olunub: 

"Mart ayında ABŞ-lı səlahiyyətlilərlə vaksinin təsdiqlənməsi üçün görüş təşkil ediləcək və bazara təqdim olunacaq”. Qurum, həmçinin əlavə edib ki, "Omikron” variantına qarşı hazırlanmış yeni formul orijinal formulla birlikdə istifadə ediləcək.

"Pfizer”in prezidenti və baş icraçı direktoru Albert Bourla isə yeni varianta qarşı peyvəndin iki dozasının kifayət etmədiyini söyləyib. O, həmçinin qeyd edib ki, üç doza ölüm riskini azaldır və xəstəxanaya yerləşdirilmə mərhələsinə qədər yoluxan şəxsi müdafiə edə bilir.

Qeyd edək ki, ötən gün "Moderna”nın direktoru Stefan Bansel də "Omicron” variantı əleyhinə vaksinin hazırlandığını açıqlamışdı.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...