“Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…”

“Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…”
"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik, Qarabağı əlimizdə saxlaya bilək?”

Sfera.az xəbər verir ki, bunu "Hraparak” qəzetinə müsahibəsində Ermənistan parlamentinin keçmiş deputatı Hrant Xaçaturyan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramında "Qarabağdakı separatçıların müstəqilliyinin tanınması” məsələsinin yer almadığını bildirib.

Xaçaturyan Paşinyanın separatçılara nəzəri olaraq, Qarabağ ermənilərinə Azərbaycanın suverenliyi çərçivəsində mədəni muxtariyyətin verilə biləcəyinə ümid bəslədiyinə də diqqət çəkib.

Sabiq deputat Qarabağ məsələsinə yanaşmada Ter-Petrosyan və Paşinyanın mövqelərinin üst-üstə düşdüyünü söyləyib:

"Burada iki variant mümkündür: ya Ter-Petrosyan Nikol Paşinyanın mətnlərini yazır, ya da Nikol Paşinyan Ter-Petrosyanın. O da mümkündür ki, onlar üçün bu mətnləri üçüncü şəxs yazır. Çünki baxışları məcmunca eynidir”.

Xaçaturyan Levon Ter-Petrosyanın Ermənistanın Qarabağı işğalda saxlaya bilməyəcəyini hələ prezident olarkən dediyini və indi də bu fikirdə olduğunu bildirib:

"Ter-Petrosyan qapalı iclaslar keçirəndə deyirdi ki, biz kimik, Qarabağı saxlaya bilək? İndi eyni şeyi Paşinyan deyir”.

Sabiq deputat müxalifətin birləşərək, Nikol Paşinyanı devirə biləcəyinə inanmadığını da deyib:

"Düzünü desəm, müxtəlif sosial təbəqələrin əhval-ruhiyyəsini öyrənirəm. Mən o ifadələri başa düşmürəm. "Birləşirlər” nə deməkdir? "Birləşirlər” deyəndə nəyi nəzərdə tuturlar? Bu ifadə məndə "bir yataqda yatacaqlar?” sualını yaradır. Bu, sadəcə diqqəti yayındırmaqdır. Təbii ki, bu baş versəydi, möcüzə olardı, amma əslində diqqəti yayındırmağa xidmət edir. Ümumiyyətlə, erməni xalqı başqalarına arxalanmaq fikrindən qurtulmalıdır”.

Teleqraf.com
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...