"Paşinyanın ölkədən qaçması yalandır" - Baş nazirin ofisi

"Baş nazir Nikol Paşinyan Ermənistanı tərk etmək fikrində deyil və öz vəzifələrini yerinə yetirməyə davam edir”.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin aparat rəhbərinin müavini Taron Çaxoyan "Facebook"da paylaşım edib.

O, qeyd edib ki, baş nazirin təyyarəsinin yaxın saatlarda uçmağa hazırlaşdığı barədə yalan xəbərlər yayılır.

"Təbii ki, bu cəfəngiyyatın təkzibə belə ehtiyacı yoxdur. Baş nazir Paşinyan xalqın səsi ilə ona həvalə edilmiş baş nazirin vəzifələrini yerinə yetirməkdə davam edir və yerinə yetirməkdə davam edəcək”, – Çaxoyan.

O, həmçinin bildirib ki, hazırda Ermənistanın baş nazirinə xidmət edən təyyarə texniki xidmət üçün xaricdədir.

Qeyd edək ki, bu gün Ermənistan mətbuatında Nikol Paşinyanın xaricə qaçmağa hazırlaşması barədə xəbər yayılıb.
 
Redaktor.az
 

 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...