Paşinyanın Moskva səfərində nələr müzakirə ediləcək? - "İrəvanı daha çətin duruma salacaq..."

Paşinyanın Moskva səfərində nələr müzakirə ediləcək? -
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək. Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, xarici işlər nazirlərinin telefon danışığından sonra liderlər səviyyəsində təmas gözlənilən idi:

"Çünki Kreml Ermənistanın onun orbitindən çıxdığını görür. Bu, Rusiyanı narahat etməmiş deyil. Cənubi Qafqaz məsələsi ilə bağlı Qərbin vasitəçilik təşəbbüslərinin artması, həmçinin İrəvanla Ankara arasında diplomatik münasibətlərin bərpası Moskvanın ürəyincə deyil. Odur ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin davam etdiyi bir vaxtda Paşinyanla görüşə də vaxt ayırmalı olur.

Liderlər səviyyəsində müzakirə olunacaq iki əsas məsələ var. Bunlardan birincisi məhz regionla bağlıdır. Çox güman, Putin Paşinyana təzyiqləri artırmağa çalışacaq. Bölgədə "suların tədricən durulduğu" bir vaxtda Kremlin əsas niyyəti proseslərin iştirakçısı olmaqdır. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov bu günlərdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduqlarını söyləmişdilər. Həmin bəyanatlar Rusiyanın regiondakı təsir gücünün qorunması məqsədilə səsləndirilib. Səfər ərəfəsində sərhəddə təxribatın olması,  gərginliyin artması istisna deyil. Bu, müzakirələr də Putinin "əlini gücləndirər"”.

Müsahibimiz deyib ki, Rusiya Ukrayna ilə müharibədə Ermənistanın açıq dəstəyindən əmin olmaq istəyir:

"Bu, İrəvanı Qərbdən "qoparmaq" üçün lazımdır. Yəqin ki, görüşdə həmin mövzuda da danışıqlar olacaq. Hətta liderlər arasında yazılı razılaşmanın əldə olunması mümkündür. Hər halda Putinin istədiyi məhz budur. Güman ki, səfərədək Qərb liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronla Paşinyan arasında təmaslar olacaq. Onlar baş nazirə öz təlimatlarını verə bilərlər. Bu mənada İrəvan hələ də "iki od arasında" qalmaqdadır. Nikol Paşinyan üçün ən yaxşı çıxış yolu ən qısa vaxtda Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır. Əks halda, Qərblə Rusiya arasında gedən rəqabət Ermənistanı daha ağır duruma salacaq”.


Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...