Partiya lideri bayram günü Quranı yandırmaq istədi

Partiya lideri bayram günü Quranı yandırmaq istədi
Danimarkanın irqçi Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan İsveçin Uppsala şəhərindəki məscidin qarşısında Qurani-Kərim kitabını yandırmaq istəyib.

Sfera.az xəbər verir ki, əraziyə cəlb olunan polis əməkdaşları Paludanı mühafizə edib. Əks-nümayişçilərdən 10 nəfər Paludan tərəfə qaçaraq onun təxribatının qarşısını almağa çalışıb. Nümayişçilərdən qorxan Paludan maşınına əyləşərək dərhal hadisə yerindən qaçıb.

Ərazidə xidmət aparan 50-yə yaxın polis nümayişçiləri sakitləşdirməyə cəhd göstərib. Bu xoşagəlməz olaydan sonra açıqlama verən polis orqanları bir avtomobilin zədələndiyini və hadisənin digər bölgələrə yayılmasının qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini bildirib.

Qeyd edək ki, Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimin yandırılmasını təhrik edir. Ötən ilin Ramazan ayında Paludan müsəlmanların sıx yaşadığı məhəllələrin və məscidlərin yaxınlığında təxribatlar törədib.

Rasmus Paludan Pasxa bayramlarında İsveçin paytaxtı Stokholmda və Malmö, Norköpin və Jönköping şəhərlərində təxribatlarını davam etdirib. Onun bir müddət əvvəl Quranı yandırması ölkədə böyük etirazlara səbəb olmuşdu./Modern

OXŞAR XƏBƏRLƏR

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər P...

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün s...

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.   Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ö...

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var

Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.   Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda...

Rusiyada hərbi hissədə partlayış - Ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib. Sfera.az "TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bi...

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.   Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblə...