“…“Parçalayıb hökm sahibi olmaq” istəyirlər” - MÜSAHİBƏ

“…“Parçalayıb hökm sahibi olmaq” istəyirlər” - MÜSAHİBƏ
 Bəhruz Məhərrəmov: "…Avropa Şurası kimi nəhəng regional mexanizm Azərbaycanda siyasi müxalifət rolunu üzərinə alıb

 

Regionda gərginliyi ilə müşahidə olunan ictimai-siyasi, geopolitik mənzərə bütün çalarları ilə hadisələrin düzgün təhlili, ictimai dialoq mühitinin formalaşmasını tələb edir. Dialoqun inkarına yönələn addımlar isə mövcud şəraitdə dövlət-vətəndaş, bütövlükdə cəmiyyətin bütövləşməsinə qarşı  yönəlməklə, ümummilli məsələlərdə axsamalara səbəb yaradır. Torpaqlarımızın işğalı, mövcud pandemiya və qlobal güclərin hər vəchlə ölkəmizə qarşı yönəltdiyi təsirlər və ikili yanaşmalara qarşı vahid gücün formalaşması prosesində siyasi güclərin adekvat addımları nə olmalıdır, cəmiyyət olaraq nə etməli?

 

Versus.Az xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov bu və ya digər məsələlərlə bağlı müsahibəsində ciddi nüanslara diqqət çəkib.

 

"3-5 məsuliyyətsizə görə bütün vətəndaşları günahlandıra bilərikmi?”

 

- Pandemiya ilə bağlı tətbiq olunan iki günlük şənbə-bazar qapalı karantini zamanı polislə vətəndaşlar arasında yaşanan xoşagəlməz insident ictimaiyyət tərəfindən müxtəlif şəkildə müzakirə və tənqid olunur. Necə hesab edirsiniz, polis belə bir şəraitdə necə davranış sərgiləməli idi?

 

- İctimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və xətaların qarşısını almaq polisin əsas vəzifələridir. Son 3 ayın ən aktual məsələsi, karantin rejiminə əməl olunmasının təmin edilməsinə görə də məsuliyyət polisin üzərinə düşür. 3 aydır ki, polis gecə-gündüz çöllərdədir. Tam əminliklə demək olar ki, polisin səyləri olmasaydı Azərbaycanda da İtaliya, İspaniya, İran kimi COVİD 19-dan ölənlərin sayı minlərlə olardı. Bütün bunların fonunda polisə zibil atmaq nə hüquqa, nə də əxlaqa sığmayan haldır. Unutmayaq ki, o uniformanı gəzdirən insan da bizimdir, bizim ailədən çıxır. Lakin eyni zamanda onu da qəbul edək ki, bütün cəmiyyətlərdə polislə problem var. Çünki polis hüquq-mühafizə orqanları içərisində vətəndaşla ən çox ünsiyyətdə olan, hətta çağırılmasa, şikayət olunmasa belə vətəndaşın fəaliyyətinə qanunla müəyyən olunmuş hallarda müdaxilə etməyə hüququ olan strukturdur. Digər tərəfdən polis say tərkibi ilə əlaqədar digər bütün hüquq mühafizə orqanlarından çoxdur. Belə olan halda polislə bağlı istənilən problem həmişə daha tez gözə çarpır. Yasamalda baş verən sadəcə bir epizoddur, bu ümumilikdə polis vətəndaş qarşıdurması deyil. Bəli baş verənlər xoş hadisə deyil, lakin bundan daha pisi bu hadisəni Azərbaycanın insanını polisinə hörmətsizlik edən, tabesizlik göstərən, Azərbaycan polisini isə vəhşi və qəddar obrazda göstərmək, nümayiş etdirmək cəhdləridir. Nəzərə alaq ki, karantin rejimini polis müəyyən etmir, polis icraçıdır, polisin borcudur ki, rejimə əməl olunmasını təmin etsin. Əgər vəzifələrinin icrası zamanı polis vəzifə səlahiyyətlərini aşıbsa, yaxud özfəaliyyətlə məşğul olubsa, təbii ki, cəazalandırılacaq. Polis haqqında qanuna əsasən, polis nəfəri səlahiyyətlərini həyata keçirərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməyə borcludur. Bu davranış qaydalarına riyaət edib-etməməsini mərkəzi aparat müəyyən edəcək. İlkin nəticəni də gördüz, bir nəfər vəzifəsindən uzaqlaşdırıldı. Araşdırmaların nəticəsi olaraq təqsiri müəyyən edilən hər kəs cəzalanacaq. İndi biz bu məsələyə birtərəfli baxmamalıyıq. Qanun hamı üçün qanundur, kimliyindən asılı olmayaraq istər sıravi vətəndaş, istər polis nəfəri, pozuntu edən hər kəs əməlinin xarakteri və ictimai təhlükəsizlik dərəcəsinə müvafiq cəzalanacaq, cəzalanır da. Lakn unutmayaq, polis düşmən deyil, polis də bu vətənin övladıdır, polis də bizim sizin ailənizdən çıxan insandır. Azərbaycan polisi karantin dövründə gecə-gündüz iş başındadır, azmı sosial şəbəkələrdə polisin humanist addımlarının, son qəpiyini kiminləsə bölüşməsi, yaxud kimisə əlindən tutub yol keçirməsinin, yaxud kimisə xəstəxanya çatdırmasının, yaxud həyatı bahasına kimisə boğulmaqdan xilas etməsinin şahidi olmuşuq? Karantin dövründə Azərbaycan polisi çox ləyaqətlə fəaliyyət göstərib, bir hadisəyə görə bütün polis sistemini tənə altına almaq olmaz, prosesləri qarışdırmaq olmaz. Qiymət yalnız konkret faktı əhatələməlidir. Eləcə də vətəndaşımız bu 3 ayı kifayət qədər səbr təmkin göstərib, polisi bağrına basıb, indi 3-5 məsuliyyətsiz adama görə bütün vətəndaşlarımızı karantin qaydalarına məhəl qoymamaqda, yaxud polisə hörmətsizlik etməkdə günahlandıra bilərikmi? Əlbəttə ki, yox. Vətəndaşlarımızın böyük əksəriyyəti karantin tədbirləri zamanı dövlətin çağrışına qoşuldu, hətta ailəsinin boğazından kəsib koronovirusla mübarizə fonduna pul köçürdü. Konkret məsələyə gəldikdə, problem artıq həllini tapıb, araşdırmaların yekunu olaraq da daşlar yerinə oturacaq, lakin, mən güc strukturlarını əsas diqqəti baş verən hadisədən sui-istifadə etmək istəyən, ölkədə qarışıqlıq yaratmağa cəhd edən "qüvvələrə” yönəltməyə çağırıram. Bizim ən qiymətli nemətimiz stabillikdir, birliyimizdir. Bizim birliyimizi, bütövlüyümüzü və ölkədəki stabilliyi kimsə poza bilməz.

 

- Xəbər verildiyi kimi, deputatlardan bir çoxu bizim cəmiyyətin ekstrimal vəziyyətlərə hazır olmadığını qeyd edib. Ümumi mədəniyyət səviyyəmizin aşağı, psixoloji durumda problemin olduğunu deyib. Bu problem varsa kökünü nədə axtarmaq lazımdır və buna qarşı qanunla tənzimlənən hansı addımlar atılmalıdır?

 

- Sizin dediyiniz çıxışla tanış deyiləm. Mənim şəxsi fikrim bundan ibarətdir ki, cəmiyyətimizdə keçid dövrünə xas problemlər mövcuddur. Sovet ideologiyasının təhsil və tərbiyəsini görmüş patriarxal bir cəmiyyətdə yaşayırıq, Eyni zamanda yeni formasiyanın tələblərinə uyğunlaşmağa çalışan gənclik var. Sovet cəmiyyətində dövlətin qəribə təminat mexanizmi vardı, yaxşı işləyən də pis işləyən də o maaşı alırdı, kapitalizmin tələbləri isə sərtdir. Bax problemlər burdan qaynaqlanır. Lakin artıq istedalı və çox keyfiyyətli fəaliyyət ortaya qoyan, dünyadakı gedişatı praqmatik qiymətləndirə bilən bir nəsil yetişib, bu baxımdan hesab edirəm ki, cəmiyyətdə müşahidə olunan müəyyən çatışmazlıqlar zamanla yoluna qoyulacaq məsələlərdir. Lakin ümumi qiymət verəndə çox zəngin tarixi keçmişimiz, milli dəyərlərimiz, böyük-kiçik yeri bilən bir toplumumuz var. Qafqazlı olaraq tempramentli xalqıq, lakin, bu bölgədə indiyədək heç bir xalq iddia edə bilməz ki, bir azərbaycanlıdan pislik görüb. Həmişə hücuma məruz qalarkən müdafiə olunmuşuq, kiməsə hücum etməmişik, kiminsə bir qarış torpğında gözümüz olmayıb. Bölgədə, Qafqazda stabilliyin, sabitliyin qarantı elə bizim toplumdur. O baxımdan mən toplumumuzdan prinsipcə çox razıyam, mövcud problemləri də elm və təhsil səviyyəsini artırmaqla zamanla yoluna qoyacağımıza inanıram.

 

"Bu gün baş verənlər, sosial şəbəkələrdəki çağırışlar məhz bu məqsədə xidmət edir”

 

- Bir çox təhlillərdə bu gün də ölkəmizə qarşı xarici təsirlərin "meydan suladığı" qənaəti var. Bir çox hallarda bir sıra ekspertlər polis-vətəndaş arasında olan olayın da hansısa təxribatçı qüvvələrin təsiri ilə baş verdiyini önə çəkdi. Sizcə, burda təxribat izləri varmı?

 

- Bu məsələlər məqsədli şəkildə şişirdildi. Əgər məqsədli şirşirtmə varsa, deməli təxribat var. Təxribat nədir? Təxribat ölkənin müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi güdən dövlət hakimiyyətinə qarşı cinayətdir. Bu gün baş verənlər, sosial şəbəkələrdəki çağırışlar məhz bu məqsədə xidmət edir. Mən o qənaətdə deyiləm ki, işsiz, gündəlik dolnışığında çətinliklər yaşayan hansısa bir soydaşımızın, habelə, yoxsul yaxud yoxsulluq həddində olan insanımızın dövləti əleyhinə planı, yaxud bir məqsədi var, bu insanlar güzaranlarının hayındadılar, onları siyasət maraqlandırmır. Sadəcə təxribatçılar hədəf kütləsi olaraq bu insanları seçib, onların çətin güzarandan doğan aqressiyasından, dövlətə qarşı istifadə etmək istəyir. Bu klassik metoddur və dövlətçilik ənənəsi olmayan, vahid mərkəzi idarəçilik sistemi zəifləmiş dövlətlərdə bu üsuladətən istifadə edilir. Azərbaycanın dövlət kimi suveren və müstəqil qərar vermək imkanını məhudlaşırıb asılı dövlətə çevirmək istəyən xarici qüvvələr və onların burada saxladıqları, maliyyələşdirdikləri şəxslər də qüvvələr də hər kəsə bəllidir. Toplumumuz siyasi çəhətdən kifayət qədər ayıqdır və Azərbaycan kimi əsaslı mərkəzi hakimiyyətə malik, iyerarxiyanın sərt formada mühafizə olunduğu güclü hüquqi dövlətdə bu kimi köhnəlmiş ssenarilərin realizəsi mümkünsüzdür.

 

- Prezidentin rüşvət və korrupsiyaya qarşı apardığı siyasətin davam etdirilməsi ilə bağlı fikirlərə münasibətiniz nədir və bu proses özü daxildə olan maraqlı qrupları nə dərəcədə aktivləşdirə bilər? Belə bir ərəfədə siyasi müxalifətdə olan bəzi qurumların bu prosesə qarşı çıxışlara hansı təsirini göstərə bilər?

 

- Dövlət başçısının niyyəti də fəaliyyəti də göz önündədir. Korrupsiya ilə mübarizədə kimsəyə aman yoxdur, olmayacaq da. Məhz bu amil, bu yanaşma cənab Prezidentin təbiri ilə desək vaxtı ilə iqtidar daxilində islahatlara mane olan, artıq vəzifədən kənarlaşdırılmış, lakin iri maliyyə və media resurslarına malik şəxsləri ciddi narahat edir. Özlərinin maliyyələşdirdikləri sosial şəbəkə trolları, habelə media orqanları vasitəsi ilə başlanan bu kampaniyada onlar yeni komanda üzvlərinin bacarıqsız olması effektini yaradaraq, özlərinə "süni ehtiyac” mühiti formalaşdıraraq geri qayıtmaq niyyəti güdürlər. Həm də nə yolla olur olsun. Təbii ki, keçmiş korrupsioner və onun ətrafının sivil-siyasi yolla geri dönməsi mümkün olmadığı üçün onlar da xalqı bölməyi hədəfləyən bu murdar təbliğat üsulunu seçib. Vətəndaşları bir-biri ilə, habelə cəmiyyəti polis ilə üz-üzə qoymaqla "parçalayıb hökm sahibi olmaq” istəyirlər. Eyni zamanda bilirsiz ki, korrupsiya fəaliyyətinin araşdırmasında ciddi bir dövr başlanıb, cənab Prezident yeni baş prokuror qarşısında ciddi tələblər qoyub, araşdırmalarn əhatəsi geniş və çox dərin olacaq. Kim korrupsiyaya bulaşıbsa, vətəndaşın haqını yeyibsə bunun cavabını verəcək. Bütün bunların fonunda təbiidir ki, islahat düşmənləri olan həmin sabiqlər bu prosesə mane olmağa niyyətlənirlər. Lakin qatar artıq gedib. Ölkə rüşvətdən, korrupsiyadan arınmaqdadır, bu işdə ciddi siyasi iradə var və insanlarımızın birmənalı çoxluğu bu güclü iradənin yanında, arxasındadır. Bundan başqa bilirsiz ki, Azərbaycanda müxtəlif siyasi düşüncədə olan qruplar var, bax bu siyasi qüvvələrin bu ümummilli məsələdə, korrupsiya kimi ümumbəşəri bəla ilə mübarizədə dövlətin yanında olması əlbətdə ki, dövlətin gücünə güc qatar. Lakin bilirsiz ki, ölkədəki həmin o siyasi qüvvələrin bir qismi o köhnə məmurlardan qidalanıb, təbii ki, onların bugünkü hakimiyyətə korrupsiya ilə mübarizədə dəstək verəcəyi ağlabatan görünmür. Kim ki, islahatlarda maraqlıdır, bugün əməkdaşlıq platformasında yer tutub.

 

- Milli Şuranın onlayn tədbirində Cəmil Həsənli iqtidarla dialoqa gedənləri "tryabka" adlandırdı. Rusiya modeli olan Milli Şuranın bu ittihamları ictimai-siyasi camiyə daxilində nəyə hesablanır?

 

- Baş verənlər məndə təəccüb yaradır. Dünyada qəbul olunmuş praktika bundan ibarətdir ki, müxalifət iqtidara seçki yolu ilə təkbaşına qalib gələ bilməyəcəyini müəyyən edərsə, dərhal koalisiyalar axtarır, birləşərək mübarizə aparmaq yolunu seçirlər. Azərbaycanda müşahidə olunan isə əksinədir. Çünki əslində hədəf siyasi hakimiyyət deyil, hədəf dövlətdir. Belə adamlar şəxsi mənafeləri naminə dövlətin imicini istənilən an qurban verməyə hazırdır. Digər tərəfdən öz aralarında dil tapmağı, vahid mövqedən çıxış etməyi bacarmayanların hakimiyyətə gəlmək, xalqın vahidliyini təcəssüm etmək iddiası absurddur. Bir siyasətçinin digərlərinə münasibətdə küçə söyüşündən istifadə etməsi məsələsinə isə cəmiyyətin münasibəti aydındır, mən əlavə şərh vermək istəmirəm.

 

"Avropa Şurasının məhz mövcud problemləri görməyib, süni problem uydurmaları...”

 

 - Bəhruz müəllim, Avropa Şurasından Azərbaycana yönələn son ittihamlar nəyə hesablanır? Ölkəmizi hansı xarici təsirlər nəzarətə almağa çalışır və daxildə kimlər "maşa"-ya çevrilib.

 

- Hesab edirəm ki, sualın ikinci hissəsinə yuxarıda aydınlıq gətirdim. Sualın ilk hissəsinə gəlincə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının preambulasında Avropa Şurasının məqsədi qeyd olunub və bildirilir ki, əsas hədəf Şura üzvləri arasında daha böyük birliyə nail olmaqdır. Avropa Şurası insan hüquqlarının və əsas azadlıqların dəstəklənməsi və realizə edilməsini bu məqsədə nail olmağının əsas vasitələrindən biri hesab edir. Baxaq, bu gün Avropa Şurasının Azərbaycana münasibətdə tələbləri həqiqətən insan hüquqlarının və əsas azadlıqların dəstəklənməsi və realizə edilməsinə yönəlibmi?

Şuranın tələblərinin və ittihamlarının böyük əksəriyyəti siyasidir, Avropa Şurası kimi nəhəng regional mexanizm Azərbaycanda siyasi müxalifət rolunu üzərinə alıb. Bu təşkilatın məramnaməsinə nə dərəcədə uyğundur?

Əgər biz böyük birlikdən danışırıqsa, bir təşkilatın üzv ölkənin daxilində konkret siyasi qüvvənin dəstəklənməsi və müdafiəsinə yönələn aşkar qərəzli fəaliyyəti hansı diplomatik etikaya və beynəlxalq hüququn hansı normalarına sığır?

Mən o iddiada deyiləm ki, Azərbaycanda problem yoxdur. Bitərəf deputat, xeyli müddət praktik və nəzəri olaraq insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən biri kimi insan hüquq və azadlıqların təmini sahəsində müəyyən problemlərin olduğunu qəbul edirəm. Lakin, Avropa Şurasının məhz mövcud problemləri görməyib, süni problem uydurmaları, ölkələrin, konkret olaraq Azərbaycanın daxili işinə qarışması, suverenliyinə dil uzatmaq cəhdləri təşkilatın məqsəd və hədəflərindən sapdığının və konkret siyasi maraqlara xidmət etməsini göstəricisidir. Hesab edirəm ki, bu mənada, üzv dövlətlər təşkilatla münasibətlərini yeni müstəvidə bir daha gözdən keçirməlidir. (ucnoqta)


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...