“Pandemiyanın nə vaxt bitəcəyini bilmirəm, amma necə bitəcəyini bilirəm” – ÜST rəsmisi

“Pandemiyanın nə vaxt bitəcəyini bilmirəm, amma necə bitəcəyini bilirəm” – ÜST rəsmisi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge dünya əhalisinin 70 faizinin koronavirusa qarşı peyvənd olunduqdan sonra pandemiyanın sonlanacağını bildirib.

Sfera.az xəbər verir ki, ÜST rəsmisi pandemiyanın dəqiq olaraq nə vaxt bitməsini bilməyin qeyri-mümkün olduğunu deyib:

"Gələcəkdə yeni və daha təhlükəli mutasiyalar görüb-görməyəcəyimizi söyləmək mümkün deyil. Pandemiyanın nə vaxt bitəcəyini bilmirəm, amma bunun necə bitəcəyini sizə deyə bilərəm. Dünyada peyvəndlənmə nisbətinin 70%-ə çatması və koronovirusa yoluxmuş insanların müalicəsində istifadə olunacaq effektiv və təhlükəsiz dərmanlar hazırlananda pandemiya sona çatacaq”.

Koronavirusun qrip kimi endemik hala gələ biləcəyini ifadə edən Kluge "ümid edirik ki, təbii və peyvəndlərlə immuniteti artırılması bu pandemiyaya son qoyacaq. Yoluxmanın qarşısını almaq bizim əlimizdədir. İndi biz koronadan azad olmaya bilərik, amma pandemiyadan azad ola bilərik", - deyə qeyd edib.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...