Orxan Fikrətoğlu təyinatından yazdı: “Mən yemək bişirməyəcəm”

Orxan Fikrətoğlu təyinatından yazdı: “Mən yemək bişirməyəcəm”
Dünən Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Sfera.az xəbər verir ki, o, təyinatı ilə bağlı özünün "Facebook” hesabında açıqlama yayıb:

"Mən həm Dövlət Turizm Agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə, əlbəttə ki! Buna ehtiyac var.

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu-zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağızdolusu danışmaları əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın digital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi, nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm.

Tahir Əmiraslanov hələ də Milli Kulinariya Mərkəzi Assosiasiyasının rəhbəridir. Mən də hər gün İTV-də verilişimi aparıram.

Beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə "Facebook”da dövlətini və məni sevənlər cavab verirlər. Sakit olun. Mən yemək bişirməyəcəyəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu.

Bacarırsınızsa, bu sahədə bizə kömək edin. Bacarmırsınızsa, kasada qurd axtarmayın. İcazə verin, bütün sahələri salavatlayaq”.
 

OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...