Ordumuz erməniləri bu dəfə də "vurdu"

Ordumuz erməniləri bu dəfə də
Dünyanın ən güclü ordularının reytinq siyahısı açıqlanıb.
 

Azərbaycan ən güclü orduların reytinqində Ermənistanı yenə qabaqlayıb. ANS PRESS-in məlumatına görə, bu hərbi gücün indeksi "Global Firepower” portalının mütəxəssislərinin tədqiqatlarına əsaslandırılıb.

Hərbi gücü müəyyənləşdirən ekspertlərin rəyinə görə, Azərbaycan Silahlı Qüvvələri 64-cü yeri tutub. Ermənilər siyahıda 74-cü yerdə qərarlaşıb. Digər qonşumuz Gürcüstan reytinqdə 75-ci yerdədir.

Türkiyə ordusu
Türkiyə ordusu

"Global Firepower” portalının ekspertləri hərbi gücün qlobal indeksində Rusiyaya ikinci yeri veriblər.  Şirkətin illik hesabatına əsasən, reytinqdə birinci yeri ABŞ tutub. Üçüncü yerdə Çin qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə girib.

Azərbaycan ən güclü orduların reytinqində Ermənistanı yenə geridə qoydu

Siyahının tərtib edilməsi vaxtı yalnız silahlı qüvvələrin sayı nəzərə alınmayıb. Siyahıyda həm də müdafiə qabiliyyətinə təsir edən başqa amillər nəzərə alınıb. Bununla belə reytinq müəllifləri nüvə potensialını nəzərə almadıqlarını qeyd ediblər.

Hesablamaya qəbul edilmiş amillərin arasında – coğrafi mövqe, ərazinin ölçüləri, resursların ixracından asılılıq, iqtisadiyyatın durumu, dənizə çıxışa malik olan dövlətlərdə donanmanın gücü var. Siyasi rəhbərliyin və hərbi komandanlığın səviyyəsi nəzərə alınmayıb.

Rusiya ordusu
Rusiya ordusu

Keçən il noyabr ayında dünyanın ən güclü döyüş bacarığı olan ordularının reytinqi açıqlanmışdı. Bu reytinq "Credit Suiss" ekspertləri tərəfindən təşkil olunub. Təqdimatın nəticəsinə əsasən, birinci yerdə ABŞ, ikici yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu dayanır.

Ötən ildə tərtib olunan siyahı
Ötən ildə tərtib olunan siyahı

Siyahının ilk onluğunu təşkil edən dövlətlər: Yaponiya, Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyədir.

Siyahı Kanadanın ordusu ilə tamamlanır. Silahlarına heç də az pul xərcləməyən Rusiya və Çin xərclərin effektivliyinə görə qalib ölkələrdəndirlər.

Onların ordusu, əsasən, ən yeni silahlara görə seçilir. 2014-cü ildə Rusiya qoşunlarına 4,5 mindən çox hərbi texnika nümunələri, 142 təyyarə, 135 vertolyot və s. alınıb.


OXŞAR XƏBƏRLƏR

Əli Həsənov ittihamlara CAVAB VERDİ: "Şahbaz adlı adam tanımıram"

"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.  Sfera.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınları...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - TAM MƏTN

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Pr...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI - ÖLƏN VAR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı”na üstünlük verirlər. Bəs "axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əly...

Mərkəzi Bankdan dollarla bağlı RƏSMİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sfera.az xəbər verir k...