"Onların bizim legitim olan ittifaqla birləşməsinə qarşı deyilik" - ARKİ-nin rəsmisi Əli Vəliyev

"Bu gün Azərbaycanda legitim kino ittifaqı, sözsüz ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Bu, dövlət tərəfindən verilən sərəncamlarda da öz əksini tapır. Sözügedən fakt da bizim qurumun legitimliyinin bariz nümunəsidir".
 
Sfera.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.
 
Onun sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə namizəd göstərilmiş Xalq artisti Rasim Balayevin ittifaqların birləşməsi təklifinə açıqdırlar: ARKİ tərkibində ölkənin ən nüfuzlu kino adamları, sənət adamları var. Amma, istənilən halda, biz onların bizim legitim olan ittifaqla birləşib bir qurum kimi fəaliyyət göstərməsinə qarşı deyilik”.

Eyni zamanda, Əli Vəliyev Kino Agentliyinin yaradılması və irəliləyən zamanda fəaliyyəti məsələsinə də münasibət bildirib:

"Kino Agentliyinin yaradılması olduqca böyük bir mədəni hadisədir. Azərbaycanın zəngin kino tarixi var, bugünkü müəyyən axsamaların məhz bu agentliyin görəcəyi işlərlə aradan qaldıracağına inanırıq. Və ARKİ olaraq, ittifaqımızın katibləri və üzvləri səviyyəsində Kino Agentliyinə istənilən dəstəyi verməyə hazırıq”.


OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...