“Omikron son variant deyil, daha ölümcül mutasiyalar yarana bilər” – ÜST-dən AÇIQLAMA

“Omikron son variant deyil, daha ölümcül mutasiyalar yarana bilər” – ÜST-dən AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Omikronun son variant olmadığını bildirib.

Sfera.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində ÜST-nin 150-ci İcraiyyə Şurasının iclası videokonfrans formatında baş tutub. ÜST rəsmisi açılış nitqində epidemiyanın başlamasından sonrakı iki il ərzində dünya üzrə 350 milyon koronavirusa yoluxmanın və bu səbəblə 5.5 milyon ölüm hadisəsinin qeydə alındığını bildirib:

"Hər 12 saniyədə koronavirus səbəbilə bir insan ölür. Epidemiyanın hara qədər gedə biləcəyi və kəskin dövrün necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər var. Lakin unutmamalıyıq ki, Omikron son variant deyil və daha ölümcül mutasiyaların ortaya çıxması realdır”.
 
Tedros Adhanom epidemiyanın gedişatını dəyişdirmək üçün ona istiqamət verən şərtləri dəyişdirməli olduğumuzu da sözlərinə əlavə edib.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...