“Omicron”a yoluxmalar 5 dəfə artacaq – Tibb elmləri doktorundan XƏBƏRDARLIQ

“Omicron”a yoluxmalar 5 dəfə artacaq – Tibb elmləri doktorundan XƏBƏRDARLIQ
"Artıq Pfizer/BioNTech peyvəndlərinin "Omicron”a qarşı effektivlik dərəcəsi klinik tədqiqatlarla da sübut edilib. Bu, 2 dozadan sonra 35% və buster dozadan sonra isə 75% təşkil edir”.
 
Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. Mütəxəssisin sözlərinə görə, bu gün problemli məsələlərdən önəmlisi "Omicron”a qarşı qeyd edilən effektivliyin nə qədər müddətə qalıcı olmasıdır:

"Əgər həmin effektivlik qısa zamanda - ilk aylarda yox olarsa, ölkələrdə "Omicron”a görə gündəlik baş verən yoluxmalar 5 dəfə artacaq. Artıq Avropada "Omicron”un yayılması təəssüflər olsun ki, sürətlənib. Norveçin səhiyyə idarələri xəbərdarlıq edirlər ki, əgər ölkədə yeni ştama qarşı elmi əsaslı tədbirlər görülməsə, bu gün gündəlik 1000 olan yoluxmaların sayı 300 mini ötəcək”.

N.Abdullayev qeyd edib ki, hazırda strategiya "Delta”ya qarşı effektiv mübarizə apararaq "Omicron”a görə yaranacaq növbəti dalğanın epidemioloji olaraq istiqamətini dəyişmək olmalıdır:

"Bu gün elmin yaratdığı şərait buster peyvəndləmənin sürətini artırmaq və peyvəndləməni "Omicron”un yoluxuculuq əmsalından sürətli tətbiq etməkdir. Bu mübarizə üsulu yeni varianta qarşı effektiv, modifikasiya olmuş peyvəndlər çıxana qədər gedilən yol olmalıdır. İngiltərədən olan növbəti tədqiqatın nəticələri onu göstərir ki,  2-ci doza peyvənddən 4 ay keçdikdən sonra peyvəndlər simptomatik xəstəlikdən qoruyuculuğunun 2/3 -i itir. Ağır kliniki gedişatdan qorumaq effektivliyi isə uzun müddət saxlanılmalıdır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...