“Omicron”a görə yenidən peyvənd olunmaq lazımdır? – Məşhur həkimlərin fikirləri

“Omicron”a görə yenidən peyvənd olunmaq lazımdır? – Məşhur həkimlərin fikirləri
Ötən günlərdə Frankfurt Universiteti Xəstəxanasının Tibbi Virusologiya İnstitutu professor Sandra Ciesekin rəhbərliyi altında virusa qarşı strategiyaların əsasını təşkil edəcək önəmli elmi tədqiqat aparılıb. 
 
Sfera.az bildirir ki, bu barədə  Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Onun sözlərinə görə, tədqiqatın nəticələri bu formada olub:

"”Omicron” və "Delta” variantında "neytrallaşdırılmaya" əsasən: 

- 2 x BioNTech, 2 x Moderna, 1 x AZ /1 x Biontech 6 aydan sonra "Omicron”da 0 %
- 3 x BioNTech - Buster peyvənddən 3 ay sonra 25 %. Bu rəqəm "Delta” variantında isə 95% idi.

Bu rəqəmlər o deməkdir ki, tam peyvəndləmədən 6 ay sonra zəifləmiş immun reaksiya "Omicron”da hardasa tamamən itir. Buster peyvənddən 3 ay sonra isə  "Omicron”da bu təxminən 25% olur. Ümumilikdə isə "Delta” ilə müqayisədə "Omicron”a qarşı effektivlik təxminən 37 dəfə azalır. Bütün bunlar onu deməyə əsas verir ki, "Omicron”a görə mRNT peyvəndlərində "modifikasiya" olunması vacibdir”.

Tibb elmləri doktoru, professor Musa Qəniyev isə sözügedən nəticələrdən sonra, insanlarda sual doğuran əsas məsələyə toxunub. Belə ki, mütəxəssis COVİD-19-a yoluxmayan və ya peyvənd olmayanların "Omicron”a yoluxma halında infeksiyanı necə keçirməsindən söz açıb. O qeyd edib ki, "Omicron” ştamında törənən genom dəyişikliklərinə istinadən, yoluxma halında xəstəlik yüngül keçir:

"ÜST artıq dünyanın 60 ölkəsinin əhatə edən "Omicron”a yoluxma halında, ölümün baş vermədiyini bildirir. Stellenboş Universitetinin məşhur virusoloq alimi Volfqan Preyzerin klinik müşahidələri isə, təsdiq edir ki, bu halda da, yəni yoluxmayanlarda və ya peyvənd olunmayanlarda da xəstəlik yüngül və fəsadsız keçməlidir”.

M.Qəniyev bildirib ki, "Omicron” tezliklə "Delta” ştamını sıxışdırıb ortadan çıxaracaq:

"Necə ki, "Delta” ştamı özündən əvvəlkiləri sıxışdırıb çıxardı. Yoluxdurma sürəti yüksək, patogenliyi zəif, letallıq əmsalı sıfıra bərabər olduğundan, çox tezliklə kütləvi immunitetin yaranmasına səbəb olacaq. Bu isə pandemiyanın sonu deməkdir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...