“Omicron” üçüncü doza vaksini zəruri edəcək? - AÇIQLAMA

“Omicron” üçüncü doza vaksini zəruri edəcək? - AÇIQLAMA
Artıq COVID-19-un yeni ştamları bütün dünya üzrə yayılmaqda davam edir. Pandemiyanın sonunu gətirən və daha təhlükəli növ hesab olunan "Omicron” isə qonşu ölkələrdə də müşayiət edilməkdədir.

Bu isə öz növbəsində "Delta” ştamı kimi "Omicron”un da Azərbaycanda yayılma ehtimalını artırır.

Maraqlıdır, virusun yeni ştamları kütləvi halda yayılarsa, koronavirusa qarşı vaksinin üçüncü dozasının tətbiqi zəruri hal ala bilərmi?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər uzmanı Həbib Sahratov qarşıdakı zaman ərzində koronavirus qarşı üçüncü doza peyvəndin tətbiqi ilə bağlı zərurətin yarana biləcəyini qeyd edib:
 
"Əgər iki doza tətbiq edildikdən sonra bədəndə kifayət qədər antitel yaranırsa, üçüncü dozaya gərək yoxdur. Yəni vaksin sonrası yaranan antitellər bizi lazımınca qoruya biləcək. Yeni ştammların iki dozadan sonra təsiri ilə bağlı məsələ hələ ki, tam tədqiq edilməyib. Bu baxıman dəqiq nəsə demək olmaz.
Əgər yeni ştammlara qarşı üçüncü dozanın vurulması effektiv təsir edərsə, o zaman üçüncü dozanın tətbiqi zəruri ola bilər". 
 
Mütəxəssis vaksindən sonra bədəndə yaranan antitellərdən də danışıb:

"Təcrübədə görülməyib ki, antiteli yüksək olan şəxs koronavirusa yoluxsun. Antitellərin analizində nəticə 50-dən aşağı, ya da yuxarı olaraq hesablanır. Nəticənin yüksək olması yoluxmanın olmamasına, yaxud da xəstəliyin simptomsuz keçməsinə imkan yaradır”.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ...

Ramazan sonrası hansı şəkildə qidalanmaq lazımdır – Mütəxəssisdən AÇIQLAMA

Məlum olduğu kimi Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalana bilmir. 1 ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan bəzi şə...

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə DƏYİŞİKLİKLƏR ediləcək

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Bunu İcbari Tibbi Sığorta üzrə Döv...

Son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər verir ki,...

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ ...