Olimpiya oyunlarından YENİLİK

Olimpiya oyunlarından YENİLİK

Dünya Güləş Birliyi (DGB) güləş idman növünün dünyada populyarlığının artırılması üçün mütərəqqi addımlar atmaqda davam edir.

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, Beynəlxalq Olimpiya Komitəsi və DGB İcraiyyə Komitəsinin üzvləri ilə aparılan danışıqların nəticəsində Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının güləş yarışlarında tətbiq ediləcək yeni bir qərar qəbul edilib.

Bu qərara əsasən, 2015-ci ildə Las-Veqasda keçirilmiş Dünya çempionatının finalçıları Olimpiya Oyunlarında eyni yarımqrupda mübarizə aparmayacaq. Püşkatma zamanı "kor püşk" adlandırılan metoddan istifadə edilir, ancaq bu qayda dünya çempionatının finalçılarına şamil edilməyəcək. Qərara əsasən, Dünya çempionatının qalibi üst yarımqrupda, gümüş medalçı isə alt yarımqrupda mübarizə aparacaq. Bu, güclü idmançıların Olimpiya Oyunlarının finalına çıxma şansını artıracaq.

Qərar dünya çempionatının finalında güləşən və lisenziya qazanan idmançıların özlərinin Olimpiya Oyunlarında iştirakı zamanı tətbiq ediləcək. Əgər milli federasiyalar Olimpiya Oyunlarına lisenziya qazanan idmançının özünü deyil, başqa birini iştirak ərizəsinə yazarsa, o zaman bu qərar tətbiq edilməyəcək. 


OXŞAR XƏBƏRLƏR

Qorbaçovun istəyinə limonadla “cavab” verən Ukraynanın birinci katibi: Təyyarəsini niyə ləngitmişdilər? - FOTO

Bu gün səmasında qırıcılar, torpağında tanklar meydan sulayan Ukraynanın hər bölgəsində onun izi var. Sovet dövründə 10 il Ukraynanın Nazirlər Sovetinin sədri, ...

Pələng ilində doğulan və ölən tanınmışlar – SİYAHI

Şərq təqviminə görə 2022-ci il Su Pələnginin ilidir. Bu ilin ən ümumi xüsusiyyətləri pələngin möhkəm pəncəsi və hamını lərzəyə salan nərəsi ilə bağlıdır. ...

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub. Sfera.az&nb...

İnfarktların 21 faizi niyə bazar ertəsi baş verir? – İnsan qanı haqda bilmədiyimiz 20 fakt

Qan - oksigen, qida, hormon, vitamin və antikorları toxumalara daşıyan, həmçinin karbon qazını və tullantıları bədəndən xaric edən, bədəndəki həyati əhəmiyyət...

Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA

Bakıda ötən gün başlayan güclü külək bir sıra fəsadlar törədib. Külək nəticəsində 100-ə yaxın iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə zərər vurub. Bi...

Ermənistan ordusunun uğursuz əməliyyatı: 50 erməni mühasirəyə düşdü

Ermənistanın müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöl gölü ətrafında mühasirəyə alınması ilə yadda qalıb.   Özünü səriştəsiz sələflə...