Nüsretin restoranında faciə - 3 nəfər yandı - VİDEO

Nüsretin restoranında faciə - 3 nəfər yandı - VİDEO
Fenomen qəssab Nüsret Gökçenin İstanbuldakı restoranında göstərilən alov şousu faciəylə başa çatıb.
 
Məkanın bar hissəsində iki işçi maraqlı səhnəcik yaratmağa çalışıb. Ancaq stolun üstündə yaradılan alovlar ətrafa sıçramağa başlayıb. 

Daha sonra Çex vətəndaşı olan turist Krisryna Tresnakovanın paltarı yanıb, ona əri  Viktor Hajicek müdaxilə edib.
Ağır yaralanan qadın xəstəxanaya aparılıb. Bundan əlavə, ingilis bankir Alexandros Severıs və digər  turist Mohammed Khamıs də yaralanıb. 

Hər üç turist polisə gedərək restoran sahibi Nüsret Gökçedən şikayətçi olub.
 
  [
 
/Qafqazinfo