Nurəddin Mehdixanlı: “Heç bir qız, lap sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı”

Nurəddin Mehdixanlı: “Heç bir qız, lap sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı”

Xalq artisti Nurəddin Mehdixanlı rəsmi Facebook səhifəsində qızı Kəmalə Quliyevanın onun qızı olduğu ilə bağlı yaydığı sənədin doğru olduğunu bildirib.

Gün.Az xəbər verir ki, xalq artisti açıqlamasında artıq bir neçə gündür ona qarşı sosial şəbəkələrdə və bəzi saytlarda mənəvi terror mexanizminin işə salındığını deyib. Buna səbəb isə Kəmalə Quliyevanın sosial şəbəkələrdə dekalte ilə çəkilmiş xoşagəlməz şəkillərini yerləşdirməsi, altında isə onun qızı olduğunu qeyd etməsidir.“Mən bir daha təkrar edirəm ki, özünü bu sayaq yarıçılpaq şəkillərlə təqdim edən və bu əməli ilə fəxr edən hər kim olursa-olsun, doğma qızım olsa belə, mənim qızım ola bilməz. Özünə Nurəddin Mehdixanlının qızıyam deyən kəs, bu cür qəbuledilməz hərəkətə yol verə bilməz. Və mən buna qəti şəkildə etiraz etmişəm. Mənim qızım belə ola bilməz. Mənim qızım belə olmamalıdı. Məgər mən səhv etmişəm? Qətiyyən. Mən bu məsələdə özümü haqlı sayıram.Kamran Quliyevdən soruşuram ki, sən Kəmalə Quliyevanın qardaşı olaraq, onun bu yarıçılpaq vəziyyətdə olan şəkillərini və davranışını qəbul edirsənmi? Bəlkə də sən qəbul edirsən, amma mən qəbul etmirəm. Heç vaxt da etməyəcəyəm. Kamran Quliyev, Kəmalə Quliyeva hər kəsin gənclik xətaları ola bilər. Nümayiş etdirdiyiniz sənədlər, əllərinizdə tutub hamıya göstərməyə çalışdığınız o sənədlər düz də ola bilər, saxta da ola bilər. Amma artiq 30 ildən çoxdur ki, o sənədlər sizin və mənim həyatımda nələrisə dəyişdirmək qüdrətində deyil”.Xalq artisti qeyd edib ki, 30 il ərzində onlar bir-birləri ilə görüşməyiblər:“Kamran Quliyev, sən ümumiyyətlə, məni həyatda görməmisən. Əgər mən sizin yanınızda deyiləmsə, o nümayiş etdirdiyiniz sənədlər nəyə lazımdır?Bəlkə də Kəmalə Quliyeva nələrəsə ümid edirdi, amma o bütün körpüləri uçurdu. Məni sosial şəbəkələrdə ən ağır şəkildə təhqir etdirdi, söydürdü, alçaltdı. Bir qız atası adlandırdığı bir insanın bu sayaq təhqir olunmasına necə sərait yaratdı?! Heç bir qız, lap sevmədiyi atasına belə bu təhqirləri yaşatmazdı. Mən sizin düşməniniz deyiləm, heç zaman da olmayacağam. Bu sayaq pisliklər mənim əlimdən gəlməz”.N.Mehdixanlı qızına çəkildiyi seriallar üçün raklamın lazım olduğunu və bunu Nurəddin Mehdixanlının adı ilə etdiyini yazıb:“Seriallar gəldi gedərdi, amma atam dediyin Nürəddin Mehdixanlı sənin üçün ölmüşdür”.O, 1988-ci ildə ailə qurduğunu və ailəsinin 5 nəfərdən ibarət olduğunu yazıb: “Həyat yoldaşım müəllimədir. Bu dünyanın ən sədaqətli və etibarlı qadınlarından biridir.Onun üçün hər an həyatımı qurban etməyə hazıram. İki qızım, bir oglum var. Əxlaq və tərbiyələri onları tanıyanlara bəllidir. Oglum Ərturan məndən sonra ocağıma sahib duracaq kişidir. Bu ailənin birliyinə və bütövlüyünə kimsə toxuna, poza bilməz. Bu ailənin ünvanına kimsə ləkə gətirə bilməz”.Gün.Az


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...