Niyə COVID-19 testinin cavabları gec çıxır? - AÇIQLAMA

Niyə COVID-19 testinin cavabları gec çıxır? - AÇIQLAMA
Təcili tibbi yardım gecikir, test nümunələrinin cavabları ləngiyir... 

Ölkədə COVID-19-a gündəlik yoluxma sayı artdıqca, yeni problemlər də ortaya çıxır. Belə ki, virusun əlamətlərini hiss edən insanlar dərhal analiz götürülməsi üçün müraciət etsələr də, bəzən təcili tibbi yardımı xeyli gözləməli olurlar. Ancaq gözləmək təkcə bununla bitmir. Götürülən testin nəticəsi də vətəndaşa bir neçə gün sonra gəlib çatır. Bəzi hallarda cavabı pozitiv çıxan şəxsə mesaj 1 həftə sonra göndərilir. Bu müddət ərzində isə vətəndaşlar evdən çıxma icazələrinin olub-olmadığından məlumatsız qalırlar. 

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, TƏBİB-in nümayəndəsi Elnarə Baxış deyir ki, əgər testin cavabı ilə bağlı sms gecikirsə, həmin şəxslər telefonlarına "e-təbib" mobil tətbiqini yükləməli, daha sonra şəxsi kabinet menyusunda müvafiq məlumatları daxil etməklə testin nəticəsini yoxlamalıdırlar.

TƏBİB nümayəndəsi bildirir ki, omikron ştammının aşkar olunmasından sonra dövlət tibb müəssisələrinə müraciətlərin sayı çoxalıb, labaratoriyaların iş yükü artıb. Məhz buna görə də analizlərin cavablarının göndərilməsində gecikmələr yaranır. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə xəbər ertəsinə bildirildi ki, özlərində narahatlıq hiss edən və analizlərin cavabını gözləyən vətəndaşlarevdən çıxmamalı, mümkün dərəcədə izoliyasiya olunmalıdırlar.
 


OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Nazirlikdən Sfera.az-a bildirilib ...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az  icmalı təqdim edir.   ...

Bakıdakı Xocalı yürüşündən - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda tak...

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi - VİDEO

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başla...

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yeri...