“Nissan” saxtakarlığı etiraf etdi

“Nissan” saxtakarlığı etiraf etdi
Yaponiyanın "Nissan Motor Co” avtomobil istehsalçısı əməkdaşları tərəfindən minik avtomobillərində havaya tullantıların səviyyəsi və yanacaq sərfiyyatının effektivliyi ilə bağlı məlumatların saxtalaşdırıldığını etiraf edib.

Sfera.az "APA”ya istinadən xəbər verir ki, şirkət daxili yoxlamalar nəticəsində "Nissan”ın Yaponiyadakı 5 müəssisəsində saxtalaşdırma faktları ilə bağlı məlumatlar aşkarlanıb. "Burada söhbət Yaponiyada satılan 900 ədəddən çox minik avtomobilindəki göstəricilərdən gedir", - deyə "Nissan”ın yaydığı məlumatda qeyd edilir.
 
Bu, artıq son bir il ərzində "Nissan” şirkəti ilə bağlı yaranan ikinci qalmaqaldır. Belə ki,  2017-ci ilin sentyabrında avtomobil istehsalçısı Yaponiya müəssisələrində məhsulun təhlükəsizliyinə nəzarət zamanı qeydə alınan pozuntuları etiraf edib. Nəticədə şirkət 3 il ərzində Yaponiyada satılan demək olar ki, 1,1 milyon ədəd avtomobili geri çağırmalı olub.
 
"Nissan”ın bəyanatında deyilir ki, şirkət əməkdaşları havaya atılan tullantıların və texniki baxışın final mərhələsində avtomobilin qənaətcilliyi barədə olan göstəricilərinin nəticələrini dəyişdiriblər. Bildirilib ki, 2013-cü ildən bu yana "Nissan”ın Yaponiyadakı əksər zavodlarında məlumatlar saxtalaşdırılıb.
 
Avtomobil istehsalçısının məlumatında həmçinin qeyd edilir ki, Yaponiya bazarı üçün istehsal edilən və hələ də sınaq müddətində olan daha 700 yeni avtomobil ölkədəki tələbata uyğun gəlmir. Bununla belə, "Nissan”da vurğulayıblar ki, Yaponiya müəssisələrində istehsal edilən bütün avtomobillər yerli təhlükəsizlik standartına uyğun gəlir.
 
Artıq avtomobil istehsalçısı "Nishimura & Asahi” hüquq şirkətini havaya atılan tullantıların və avtomobillərin qənaətcilliyi barədə saxtakarlıq hallarının müəyyən edilməsi ilə bağlı araşdırma aparmaq üçün cəlb edib.
 
Qeyd edək ki,  bu məlumatlardan sonra "Nissan”ın səhmlərinin qiyməti 4,6% ucuzlaşıb. 2018-ci ilin əvvəlindən şirkətin səhmlərinin qiyməti 11% ucuzlaşıb.  


OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...