Niderlandda yaşayan azərbaycanlının Beyləqandan başlayan yolu - FOTO

Niderlandda yaşayan azərbaycanlının Beyləqandan başlayan yolu - FOTO
Onun haqqında Azərbaycan mətbuatında xeyli yazılar dərc olunub. Müəllifi olduğu analitik məqalələr də az deyil. Deyir ki, - "Azərbaycan mətbuatında tənqidi yazılarla çıxış etsəm də, Niderland mətbuatında əksinə, ölkəmizi həmişə tərifləyirəm".
 
Haqqında söhbət açdığım Vüqar Abbasov 1974-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. Bir il sonra ailəsi ilə birlikdə Bakının Kürdəxanı qəsəbəsinə köçüblər. Orta təhsilini 1991-ci ildə 113 nömrəli məktəbdə başa vurub. 1992 - 1997-ci illərdə Qərb Universitetinin "Sosial Siyasi İnzibatçılıq" faklütəsinin axşam şöbəsində ali təhsil alaraq, politologiya ixtisasına yiyələnib. 

Eyni zamanda, 1991 - 1993-cü illərdə müxtəlif idarə və təşkilatlarda çaılşıb. 1993 - 2008–ci illərdə isə AzTV-nin müxtəlif redaksiyalarında işləyib. 

2008–ci ildən Niderland Krallığında yaşayır. 2012 - 2015 –ci illərdə Niderlandda Davinci Kollecində sosial xidmətlər üzrə təhsil alıb. Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüdür. 2011- ci ildən Niderlandda qaçqınlarla bağlı təşkilatlardan birində hüquq yardımçısı kimi çalışır. 

2015–ci ildə Niderlandda Azərbaycan diasporasının inkişafı üçün Niderlandlı həmkarlarla birlikdə "Connect” təşkilatını yaradıb və bu təşkilata rəhbərlik edir. Niderlandda yaşadığı müddətdə Hollandiya parlamentində millət vəkilləri ilə, yerli bələdiyyə başçıları, siyasət adamları ilə çoxsaylı görüşlər keçirib. Ailəlidir, iki övladı var. 

Atası Zakir Abbasov uzun illər AzTv-nin "Günün ekranı" xəbərlər proqramında jurnalist işləyib. Anası Sərfinaz Abbasova təşkilatların birində mühasibat işçisi olub. 

1986-cı ildə əlaçı şagird kimi onu Artek pioner düşərgəsində istirahətə göndərirlər. Burada olarkən, başqa respublikalardan da gələn şagirdlərin dünya görüşündəki fərqli cəhətləri görür. Bu müqaisə onda daha çox oxumaq, təhsil almaq həvəsi yaradır. 

Anardan - "Vətənpərvərlik odur ki, hər kəs öz üzərinə düşən işin öhdəsindən gəlməyi bacarsın"- nümunəsini dilə gətirib gücü çatan qədər vətənə xidmət göstərəcəyini bildirir. 

Deyir ki, - "Mirzə Ələkbər Sabirin, Üzeyir bəyin o zaman yazdıqları problemlərin çoxu bu gün də aktualdır. İstəyirəm ki, həmin gerçəkliklər öz aktuallığını itirsin. Təfəkkürdə ciddi dönüşlər olsun. İnsanlar bir-birini sevsinlər, bir-birinin uğuruna şad olsunlar". 

Mehriban, vətənpərvər və həm də zəngin dünya görüşü olan bu insandan, xarici ölkələrə getmək istəyən soydaşlarımıza nə tövsiyəniz var, deyə soruşanda- "Xaricdə azərbaycanlıların daha çox olmasını mən də arzulayıram. Amma gələrkən qarşılarına məqsəd qoysunlar. Gəlməmişdən əvvəl yaşayacaqları dövlətin dilini öyrənsinlər ki, həmin ölkənin insanlarına tez qaynayıb qarışa bilsinlər"- söylədi. 

Çox arzuları həyata keçib, bircə arzusunu hələ ki, reallaşdıra bilmir. Atası əslən Zəngəzurun Vedi rayonundan olub. Vəfat edərkən vəsiyyət edib ki, nə vaxtsa məzarının üstünə Vedi torpağndan səpsinlər. 

Elman Eldaroğlu, 
ABŞ, Miçiqan 

OXŞAR XƏBƏRLƏR

Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - "Əgər biz tələsərək bu elanı etsəydik..."

Faciəvi fəlakətdən - Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından və 14 yüksək vəzifəli zabitin həlak olmasından bizi artıq bir həftə ayırır. Tə...

Təbəssümü ilə düşmənə dərs verən balaca qəhraman: "Gülərək qorxmadığımı demək istəyirdim"

Ötən il oktyabrın 11-də gecə saat 2 radələrində Gəncənin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində xəsarət alan balaca qəhraman 1 il sonra o anları ...

Səhiyyə Nazirliyindən oruc tutanlara TÖVSİYƏ

  Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov Ramazan ayında immun sisteminin zəifləməməsi ...

“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputat

"Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin ya...

Əlilliyi olan rəqqasə: “Sən bacarmazsan” deyənlərə inad bunu bacardım - MÜSAHİBƏ

İncəsənət əngəl tanımır. O, insana bütün maneələrdən çıxarmağa kömək edir. Təəssüf ki, əlilliyi olan insanlara hər zaman lazımi diqqət ayrılmır. Bu səbəbdə...

Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - MÜSAHİBƏ - FOTO

Sfera.az kulis.az-a istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir. - Jurnalistəm, sizinlə söhbət etmək istəyirəm. - Mən h...