"Nazirlər Kabineti elə bil, kişilər klubudur" - Qüdrət Həsənquliyev

"Bizim Nazirlər Kabineti demək olar ki, kişilər klubudur. İcra başçılarının da hamısı kişilərdir".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu istiqamətdə dəyişikliklər olmalıdır.

O qeyd edib ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır: "Bu həm də gənc xanımların, qızlar üçün iş yerinin açılmasına səbəb olardı. Onların iş tapması çox çətindir. Ümumiyyətlə, cəmiyyətimizdə, işlə təmin olunma baxımından qadına olan münasibət dəyişməlidir. Bizim Nazirlər Kabinetinə baxın, kişilər klubudur. Orda cəmi bir qadın var. Səhv etmirəmsə, Əfqanıstan da belədir. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi qərarlar qəbul olunmalıdır. Ümumiyyətlə kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35 faizdən az olmalı deyil".

Q.Həsənquliyev qeyd edib ki, qadınlar üçün iş yerləri açan sahibkarlara, müəsissələrə vergi güzəştləri tətbiq olunmalıdır. (unikal)
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...