Nazirdən buraxılış və qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Nazirdən buraxılış və qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
 "Doqquzuncu sinif buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirik”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək:

"Bu da mövcud şəraitdən asılı olacaq. Şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq”.

Nazir həmçinin qeyd edib ki, hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələri ilə bağlı təkliflər də hazırlanacaq.