Naxçıvanda hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO

Naxçıvanda hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO
Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik "Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, "Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri həyəcan siqnalı ilə qaldırılıb.

Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub.

İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti hava düşməninin hücumunun qarşısının alınması tapşırıqları icra edilib.

Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik "Zastava” zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu taktiki-xüsusi təlimlərdə şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişləri təkmilləşdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunub.
 
 

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az icmalı təqdim edir:   ...

Ceyhun Bayramov və moldovalı həmkarı arasında görüş keçirildi - VİDEO

Xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazir müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku arasında təkbətək görüş keçirilib....

“Rossiya 24” telekanalında Azərbaycanın müstəqilliyinə həsr olunmuş veriliş yayımlandı

Yanvarın 30-da "Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr ol...

Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən...

Naxçıvanda hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilib - VİDEO

Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları ...

Ceyhun Bayramov mətbuat konfransı keçirir - CANLI

Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair mətbuat konfransı keçirir.   ...