“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO
"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda taktiki təlim keçirilib.

Sfera.az  xəbər verir ki, təlimin planına əsasən, ərazidə təxribat-pozuculuq fəaliyyətini həyata keçirmək niyyətində olan naməlum şəxslər dövlət sərhədini pozurlar.

Bu zaman zastavaya işarəverici qurğulardan dövlət sərhədinin pozulması haqqında siqnal daxil olur. Növbətçi tərəfindən zastava rəisinə məruzə edildikdən sonra zastava dərhal "Silaha” komandasına qaldırılır. Həyəcan qrupu zastava rəisinin başçılığı ilə hadisə yerinə hərəkət edir, hərbi pərdələyici qruplar isə dövlət sərhədi və Naxçıvan Muxtar Respublikası ərazisinin dərinliklərinə doğru sərhəd pozucularının hərəkətlərinin qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. Sahil mühafizə qrupu ərazi sularında axtarış tədbirlərini həyata keçirir.

Sərhəd pozucularının izləri müəyyən olunduqdan sonra sərhəd axtarışı tədbirləri keçirilir. Sərhəd axtarışı zamanı sərhədyanı yaşayış məntəqələrində və təsərrüfat işləri aparılan sahələrdə yerli əhalinin sorğusu keçirilir. Sorğu zamanı dövlət sərhədini pozanların silahlı şəxslərdən ibarət olması və sərhəd yaxınlığındakı istifadəsiz binaya tərəf hərəkət etmələri müəyyən edilir. Zastava rəisi tərəfindən sərhəd pozucuları haqqında əldə olunmuş məlumatlar yuxarı komandanlığa məruzə olunur.

Dövlət sərhədini pozan naməlum silahlı şəxslərin təxribat hərəkətlərinin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Əlahiddə Sərhəd Diviziyası komandirinin qərarına əsasən "Həyəcan” komandası ilə qaldırılan Çevik hərəkət taborunun həmlə qrupları hadisə baş vermiş istiqamətə hərəkət edir.

Təxribatçıların yerləşdiyi bina çevik həmlə qrupları tərəfindən mühasirəyə alınır. Snayperin binada aşkar edilmiş silahlı hədəfi məhv etməsindən sonra zirehli piyada transpartyorlarının atəş dəstəyi ilə qrupların binaya girişi təmin olunur.

Təxribatçıların silahlı müqavimət göstərməsinə baxmayaraq həmlə qrupları peşəkarlıq nümayiş etdirərək silahlı şəxsləri zərərsizləşdirir və təxribatçı dəstənin rəhbəri yaxalanaraq təyin olunmuş məntəqəyə təxliyə edilir. Beləliklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunur.
 


OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Nazirlikdən Sfera.az-a bildirilib ...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az  icmalı təqdim edir.   ...

Bakıdakı Xocalı yürüşündən - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda tak...

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi - VİDEO

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başla...

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yeri...