Narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirildi

Narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirildi
Baş Prokurorluq qanunvericilikdə narkotiklərlə bağlı cəzaların dəyişdilməsinə aydınlıq gətirib.

Qurumun Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir.

Son günlər sosial şəbəkələrdə Milli Məclis tərəfindən qəbul edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanunlar düzgün təbliğ edilməməklə, "şəxsi istehlak miqdarında” ifadəsinin "az miqdarda” ifadəsi ilə əvəz edilməsi barədə məlumat mətbuatda "az miqdarda” narkotikdən istifadəyə görə cinayət məsuliyyətinin ləğv edilməsi” kimi səhv təsəvvürün formalaşdırılmasına şərait yaradıb.

Bununla əlaqədar bildirilir ki, qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət, həmin əməllərin şəxsi istehlak miqdarında törədilməsinə görə isə inzibati məsuliyyət müəyyən edilir.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Bununla belə, Cinayət Məcəlləsinin qüvvədə olan 234.1-ci maddəsində əksini tapmış "narkotik vasitələr” anlayışı tərkibində narkotik maddələr olan bitkiləri də əhatə etməli olduğu halda, bitkilərin "şəxsi istehlak miqdarı”nın müəyyən edilməsi mümkün olmadığından qeyd olunan əməllər həmin maddə ilə tövsif edilmir.

Bu isə təcrübədə müəyyən çətinliklərə səbəb olmaqla, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri (onların hissələrini) toplama və ya digər üsullarla əldə etmə, saxlama və daşıma əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin, satış məqsədi olmadan külli miqdarda və ümumiyyətlə məqsədindən asılı olmayaraq xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə məsuliyyətin daha da ağırlaşdırılması zərurəti yaradıb.

Göstərilənlərə əsasən, vahid terminologiyanın tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində 3 oxunuşdan keçərək qəbul olunmuş dəyişikliklərdə yuxarıda qeyd edilən maddələr üzrə "şəxsi istehlak miqdarında” sözləri "az miqdarda” sözləri ilə, "şəxsi istehlak miqdarından artıq miqdar” sözləri isə "xeyli miqdar” sözləri ilə əvəz olunmuş, "külli” və "xüsusilə külli” miqdarlarla bağlı cinayət məsuliyyətinin sərtləşdirilməsini nəzərdə tutan zəruri dəyişikliklər edilib.

Göründüyü kimi qeyd olunan dəyişikliklər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin dekriminallaşdırması deyil, əksinə qeyd olunan sahədə bütün ictimai təhlükəli əməllər üzrə məsuliyyətin labüdlüyünün təmin edilməsi üçün edilib.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...