“Nar” ilə “WhatsApp” artıq pulsuzdur

“Nar” ilə “WhatsApp” artıq pulsuzdur
Mayın 4-dən etibarən artıq "Nar”ın bütün yeni aktivləşmiş "Turbo” internet paketlərində "WhatsApp” pulsuzdur.

Şirkətdən Sfera.az-a verilən məlumata görə, bununla da, "Turbo” istifadəçiləri paketin istifadə müddəti bitənədək "WhatsApp” vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.

Xatırladaq ki, müxtəlif həcmli "Turbo” paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və "WhatsApp” vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli "Turbo XL”, "Turbo 2XL” və "Turbo 3XL” paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.

"Nar”ın "Turbo” internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 
 

OXŞAR XƏBƏRLƏR

Baydenin “Twitter”dəkı izləyicilərinin yarısı "feyk"dir - İDDİA

ABŞ prezidenti Co Baydenin "Twitter” izləyicilərinin saxta olduğu irəli sürülüb.   Sfera.az bildirir ki, bu barədə Vaşinqton ştatında yerləşən "SparkToro...

“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. ...

“Instagram”da ən çox izlənilən şəxslər – SİYAHI

Kriştiano Ronaldo 440 milyon izləyicisi ilə "Instagram "sosial media tətbiqində ən çox izlənən şəxsi hesab olunub.   Sfera.az xəbər verir ki, sosial şəbə...

“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK

"WhatsApp” messencerinin tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər. Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, artıq fərdi komp...

“Moskviç” yenidən istehsal olunacaq - FOTO

Fransanın "Renault” avtomobil şirkətinin bütün aktivlərinin Rusiya dövlətinə təhvil verilməsindən sonra Sovet dövrünün məşhur avtomobil markası "Moskviç” sürpri...

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...