Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı - VİDEO

Mustafa Ceceli arvadının “biseksual xəyanət”indən danışdı - VİDEO
Ötən şənbə günü türkiyəli məşhur ifaçı Mustafa Cecelinin həyat yoldaşı Sinem Gedikdən ayrılma səbəbinin onun müğənni İntizarla sevgili olması türk mediasının əsas xəbərinə çevrilib.

Daha sonra Sinem Gedik və İntizarın yataq otağındakı görüntülərin yayılması məhkəmənin işin gizli aparılması ilə bağlı qərar çıxarmasına səbəb olub.

Bütün bunların fonunda isə Mustafa Ceceli günahlandırılaraq onun Sinem Gediki analıq hüququndan məhrum etmək üçün videonu qəsdən yaydığı bildirilib.

Məsələ ilə bağlı yazılanlar isə Cecelini narahat edib. O, sosial media hesabından sözügedən hadisə barədə açıqlama verib:

"Mənim maraqlarımda bir məsələ var: övladımın psixoloji inkişafı və travmaları. Bu səbəblə də 3 iyul tarixində içində olduğum ən şokedici hadisəyə rəğmən, məsələni həll etmək hüquq mühafizə orqanlarına müraciət etdim və uşağımın valideynlik hüququnu öz üzərimə götürmək üçün məhkəmə başlatdım. Sözügedən sevgi münasibəti boşanma travmasının məsulu deyil. Boşanmadan öncə başlayıb və bu günədək davam edir.

Oğlumun yaşadığı travmanın ortaya çıxması ilə məhkəməyə qədər daşınan bu olay övladımın olduğu yerlərdə onun psixoloji vəziyyətini zədələyən davranışlardır. Övladımın da bu davranışlara məruz qaldığı görüntülər məhkəməyə təqdim etdiyim sənədlərin içərisindədir. Empatidən uzaq, təhqir, tənqid və iftiraların heç biri övladımın mənə danışdıqlarından, yaşadıqlarından önəmli deyil. Heç kimin evinə girib kamera yerləşdirməmişəm.

Məhkəmə dosyesindəki görüntülər mənim əlimə kimliyi bəlli olmayan şəxslər tərəfindən mail vasitəsilə göndərilib. Sübutlar içərisində "Övladınızı qurtarın” deyə maillər də var. Övladını düşünən bir ata olaraq sözügedən görüntüləri mətbuata göndərə biləcək ən son adamam. Övladımın anasının yer aldığı görüntüləri mediaya sızdıranlarla da hüquq müstəvisində söhbət edəcəm.

Məhkəmə şahidlərinə telefonla zəng edib hədələyənlər, rüşvət təklif edənlər kiçik bir uşağın əzilməsini heçə sayaraq əzildiyini göstərənlərdir. Övladımın yaşadığı evdə yaşananlar cinsi yönləndirmə baxımından görülməyəcək hadisə deyil. Bir uşağın gözü önündə onun balansını və psixoloji inkişafını zədələyən davranışlar edən şəxslərlə bağlı bir prizmadan yanaşaraq yaradılan "məzlum” obrazı, mövzunu "cinsi yönləndirmə” müstəvisində bəsitləşdirən hissləri bir kənara qoyub, uşağın yaşadıqlarını və atanın psixoloji vəziyyətini də düşünərək mövzunun dəyərləndirilməsini medianın vicdanına buraxıram. Heç kimə zərərim yoxdur. Tək dərdi övladı olan bir atayam – sadəcə övladını düşünən hər ata kimi”.(oxu.az)



OXŞAR XƏBƏRLƏR

Rəqsanənin qızı Aysunun nişanından GÖRÜNTÜLƏR - FOTOLAR + VİDEO

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova nişanlanıb.  Sfera.az xəbər verir ki, onun nigah mərasimi Rəqsanənin evində baş tutub. Bu haqda A...

Röya evində Yeni il partisi etdi - VİDEO + FOTOLAR

Xalq artisti Röya Ayxan Yeni il gecəsində evində parti edib. Sfera.az xəbər verir ki, müğənni dostlarını da evinə qonaq çağırıb. Gecədən görüntüləri qonaq...

Zeynəb Xanlarovanın ad günündən GÖRÜNTÜLƏR - FOTOLAR/VİDEO

Xalq artisti Zeynəb Xanlarovanın 85 yaşı tamam olub.  Sfera.az  xəbər verir ki, sənətçinin qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova sosia...

Flora Kərimovanın qızı ikinci dəfə ərə getdi - VİDEO

Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva ikinci dəfə ailə həyatı qurub. Sfera.az "MediaPost"a istinadən xəbər verir ki, o, bir neçə müddət əvvə...

“Ailə qurana qədər daha iddialı idim” - Kamilə Babayeva - VİDEO

  "Qafqazinfo”nun budəfəki müsahibi aparıcı, aktrisa Kamilə Babayevadır. - Bildiyimə görə, yaşınızı hər kəsdən gizlədirsiniz... - 4-5 ilə qədər ...

Əfəndi “Star of Asia”da kubok aldı... - VİDEO

  Müğənni Samirə Əfəndi Azərbaycanı Qazaxıstanda təmsil edib.  "Qafqazinfo” xəbər verir ki, o, iyunun 15-16-da Almatanın "Medeo” idman kompleksində t...