“Müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır” - DEPUTAT

“Müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır” - DEPUTAT
"Ramazan paylaşmaq, başqalarına əl tutmaq və imkansızlara yardım etmək ayıdır. Hər birimizin qayğıya ehtiyacı olanlara yalnız Ramazan ayında deyil, il boyu dəstək olmağımız çox vacibdir”.

Sfera.az xəbər verir ki, bu sözləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda xeyli sayda müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır:

"Dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərisində yaşayır. Hər beş müsəlmandan birinin gündəlik gəliri bir dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Dünya əhalisinin 25 faizini təşkil edən müsəlman ölkələrində dünyadakı hər iki yoxsul şəxsdən biri yaşayır.

Göründüyü kimi, yoxsulluq və bir sıra hallarda aclıq xeyli sayda müsəlman ölkələri üçün ən ciddi problemlərdən biridir. Müqəddəs Ramazan ayında olduğu kimi, digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddini azalda bilərlər.

Təbii ki, müqəddəs kitabların hamısı dinindən asılı olmayaraq, hər bir şəxsin ehtiyacı olanlara dəstək olmasını buyurur.

Bayramöncəsi ehtiyacı olanlara dəstək olacaq Fitrə zəkatınızı Allah qəbul etsin.

Allah oruc və dualarınızı qəbul etsin”.

 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...