Murat Boz da işıq və qaz qiymətlərinə etiraz etdi
Maqazin
11:37 / 08.02.2022
732
Türkiyədə
qiymət artımlarına daha bir məşhur etiraz edib.
Sfera.az bildirir ki, bu dəfə müğənni Murat Boz sosial şəbəkə hesabından paylaşım edib. O, xüsusilə kommunal xərclərlə bağlı narazılığını ifadə edib. O, artımların ləğv edilməli olduğunu deyib:
"Həyat bahalığının üstünə bir də işıq və qaza gələn inanılmaz artımlar insanlara nəfəs aldırmır”.
Xatırladaq ki, Murat Bozdan öncə Cem Yılmaz, Şahan Gökbakar, Seray Sever, Yeşim Salkım, Serkan Kaya, Gürgen Öz, Gülse Birsel, Oğuzhan Uğur və İdo Tatlıses də kommunal xərclərlə bağlı üsyan etmişdilər.
Türkan
Sfera.az