Müharibə dayandığı yerdən BAŞLAYA BİLƏR

Müharibə dayandığı yerdən BAŞLAYA BİLƏR
"Ermənistan təxribatlarına davam edərsə, Azərbaycan müharibə və ondan sonrakı dövrdə həyata keçirdiyi fəaliyyətlərə davam edə bilər".

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistan bu dəfə də sülhdən qaçsa, Azərbaycan 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər davam etdirə bilər:

"Əgər Ermənistan tərəfi birgə bəyanatın şərtlərində nəzərdə tutulan tələbləri yerinə yetirməzsə bu, Ermənistanın birgə bəyanatın yerinə yetirilməsinə zəmanət verən Rusiyanın öz öhdəliklərinə əməl etməməsi kimi dəyərləndiriləcək. Başqa sözlə desək, əgər üçtərəfli birgə bəyanatı imzalayan tərəflərdən ikisi (Rusiya və Ermənistan) öz öhdəliklərini yerinə yetirmirsə, bu zaman Azərbaycanın da öz öhdəliklərini yerinə yetirilməsi zərurəti tamamilə ortadan qalxır.

Başqa sözlə desək, Prezident İlham Əliyevin də verdiyi bəyanatlardan ("Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq" - red.) məlum olur ki, belə olan halda Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımaya bilər. Başqa sözlə desək, Azərbaycan da 9 noyabrda dayandırılan Vətən müharibəsini həmin nöqtədən yenidən ərazilər tam azad olunana qədər döyüş əməliyyatlarını davam etdirə bilər". (Milli.az)
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...