Müharibə başlayandan bəri 227 ukraynalı uşaq öldürülüb

Müharibə başlayandan bəri 227 ukraynalı uşaq öldürülüb
Rusiya hərbçiləri genişmiqyaslı müharibə başlayandan bəri 227 ukraynalı uşağı öldürüb.

Bu barədə Ukrayna Baş Prokurorluğu öz "Telegram” səhifəsində məlumat yayıb.

"2022-ci il mayın 14-də səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 647 uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, 227 uşaq həlak olub, 420 uşaq yaralanıb. Bu rəqəmlər yekun deyil, belə ki, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bu rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir” – deyə məlumatda qeyd edilib.

Uşaqlar arasında ən çox qurbanlar sayı Donetsk vilayətindədir - 139, Kiyev - 116, Xarkov - 99, Çerniqov - 68, Xerson - 48, Luqansk - 45, Nikolayev - 44, Zaporojye - 28, Sumskaya - 17, Jitomda- 15 uşaq qətlə yetirilib.

Belə ki, mayın 12-də Luqansk vilayətinin Popasna şəhərinin atəşə tutulması zamanı mayın 1-də ağır yaralanan 12 yaşlı uşaq tibb müəssisəsində ölüb.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...