Müğənni atasının yasına canlı yayımla qoşuldu - VİDEO
![Müğənni atasının yasına canlı yayımla qoşuldu - VİDEO](http://old.sfera.az/file/pic/xeber/2018-07/1532165082_cann.jpg)
17:00 / 21.07.2018
6263
"Şivan Perver” ləqəbi ilə tanınan kürt müğənni İsmayıl Aygün atası Yunus Aygünün yas mərasimində hər kəsi təəccübləndirəcək addım atıb.
O, 94 yaşlı atasının dəfn mərasiminə sosial şəbəkə vasitəsiylə canlı bağlanıb.
Yas çadırına qurulan ekranda göstərilən İsmayıl atası barədə xatirələrini bölüşüb. O, Almaniyada olduğundan belə bir addım atıb.
Qeyd edək ki, mərhum Yunus Aygünün 4 xanımı, 25 övladı var.
/Qafqazinfo