Mübariz Mənsimov Azərbaycanda "media holdinq"i satın alıb? — ŞOK FAKTLAR

Mübariz Mənsimov Azərbaycanda
Azərbaycan dövlətinə külli miqdarda borcu olan qalmaqallı iş adamı Mübariz Mənsimov ölkə mediasını pulla ələ almağa çalışır. 

Sfera.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə Mübariz Mənsimov Azərbaycanda fəaliyyət göstərən bir neçə KİV rəhbərinə adının təmizə çıxarılması və ictimai müdafiəsi üçün ayrı-ayrı məbləğlərdə pul göndərib.

Pul vəsaiti Mübariz Mənsimovun yaxın adamı tərəfindən sözügedən media rəhbərlərinə çatdırılıb. 

Mübariz Mənsimovun yaxın adamı həmin media rəhbərləri ilə görüş zamanı onlardan iş adamının müdafiəsinin təşkil olunmasını, Mübariz Mənsimov barəsində "türkçü", "mübariz" və "xeyriyyəçi" obrazlarının yaradılmasını xahiş edib. 

Qeyd edək ki, Mübariz Mənsimovun pul göndərdiyi KİV-lər arasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin himayə etdiyi "media holdinq" də var. 

Əldə etdiyimiz məlumatların həqiqi olduğunu sübuta yetirən məqamlar mövcuddur. Belə ki, bir neçə gün öncə həmin media orqanında Mübariz Mənsimovun müdafiəsinə hesablanan sifarişli məqalə dərc olunub. Bununla bir daha sübut olunur ki, Mübariz Mənsimov öz kirli keçmişini sözügedən KİV-lər vasitəsilə təmizləməyə çalışır. 

Doğrudur, həmin məqalə artıq saytdan silinib, ancaq bu, onların pul müqabilində Azərbaycan dövlətini hədəfə alan dələduz Mübariz Mənsimovla separatçı əlaqələrinə bəraət qazandıra bilməz. 


OXŞAR XƏBƏRLƏR

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Prezident Administrasiyasının bu şöbəsi ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib. Sfera.az-ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur” bölməs...

Rəşad Dağlı danışdı - Onu üzr istəməyə kim məcbur edib? - VİDEO

Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti "naqruska”dadır” kimi ifadələr işlətdiyi üçün təhdid olunduğuna görə üz...

Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? - ŞOK DETALLAR/FOTOLAR

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbaycanlı taksi sürücüsü olduğu deyilsə də bu məlumat həqiqəti əks etdirməyib. Sfera.az...

Azərbaycanda itləri kütləvi şəkildə güllələdilər - VİDEO

Bərdə rayonunda küçə itlərini kütləvi şəkildə öldürüblər.   Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayı...