Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var - VİDEO

Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var - VİDEO
Moskvadan Bakıya doğru hərəkət edən avtobus Stavropolda qəzaya uğrayıb. 

Oxu.Az "İnterfax”a istinadla xəbər verir ki, bununla bağlı regionun Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyaryev məlumat verib. 

"Yerli vaxtla 09:00-da "Qafqaz” magistralının 348-ci kilometrində Moskva-Bakı marşrutu ilə hərəkət edən "Mersedes” markalı mikroavtobus "Ford” və "Lada” avtomobili ilə toqquşub”, - xidmət rəhbəri deyib. 

O bildirib ki, hadisədən sonra içərisində iki sürücü və doqquz sərnişin olan avtobus aşıb. 

Hadisə zamanı 12 nəfər xəsarət alıb. Bunlar "Ford”un sürücüsü və avtobusdakı 11 nəfər, o cümlədən üç uşaqdır. 

Yaralılardan yeddisi Pyatiqorsk xəstəxanasına, qalan beş nəfər isə Mineqralovodsk xəstəxanasına yerləşdirilib. 



OXŞAR XƏBƏRLƏR

Bakıda gecə klubunda partlayışdan sonra DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Sfe...

Bakıda qumbaralar aşkarlanıb - VİDEO

Bakıda qumbaralar aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "1...

Ötən sutka 52 yanğına çıxış olub - VİDEO

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 52 yanğına çıxış, 2 kömək...

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında maşın aşdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki hadisə şahidlərinin baku.ws-in "qaynar xətti”nə verdikləri məluma...

Zığ şosesində zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Sfera.az  xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb. Qəza baş verən yerdən görüntüləri tə...

Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qalmaqal baş verib. Sfera.az xəbər verir ki, Zaur Baxşəliyevin proqramında iştirak edən gəlinlə qayınana...