Moskvada 1 nəfəri öldürüb, 2-sini yaralayan azərbaycanlılara hökm oxundu

Moskvada 1 nəfəri öldürüb, 2-sini yaralayan azərbaycanlılara hökm oxundu
İyunun 16-da Moskva Şəhər Məhkəməsi iki Azərbaycan vətəndaşı - 44 yaşlı Əbuzər Abdullayev və 26 yaşlı Etibar Həsənov barəsində cinayət işi üzrə hökm çıxarıb.

Sfera.az report-a istinadən bildirir ki, onlar bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq ümumtəhlükəli üsul ilə qətl törətmə, odlu silah və döyüş sursatı saxlamaq və gəzdirmək, həmçinin digər cinayətlərə görə məhkum ediliblər.
Müəyyən edilib ki, 15 dekabr 2014-cü il tarixində Abdullayev cinayət yoldaşları ilə Vilnüs küçəsində yerləşən "Şərq nağılı" kafesinə gəlib. Onlar qeyri-müəyyən əşyanın köməkliyi ilə içərisində 18 min rublun olduğu oyun terminalının ağzını açmağa başlayıblar. Lakin terminalın etibarlılığı səbəbindən onu açmaq və pul vəsaitini oğurlamaq mümkün olmayıb.
Kafe sahibinin onu qırmağa çalışanları axtardığını bilən Abdullayev onu və ətrafındakıları öldürmək qərarına gəlib və bu məqsədlə işə tanışı Həsənovu cəlb edib.
Dekabrın 16-na keçən gecə Abdullayev və Həsənov odlu silahla silahlanaraq göstərilən ünvanda yerləşən kafeyə gəlib. Müəssisə sahibi və ətrafındakılarla davam edən qısa müddətli münaqişədən sonra onların hər biri kafedə olan insanlar istiqamətində ən azı 3 dəfə atəş açıblar.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər ağır, 1 nəfər isə yüngül bədən xəsarəti alıb.
Onlar hadisəni törətdikdən sonra ibtidai istintaq orqanlarından gizləniblər və barələrində beynəlxalq axtarış elan olunub.
Həsənov Stavropol diyarının Pyatiqorsk şəhərində saxlanılan zaman onun üzərində "Sayqa-410K" karabini və istifadəyə yararlı 30 ədəd güllə aşkar olunub.

OXŞAR XƏBƏRLƏR

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib. Sfera.a...

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı or...

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakı metrosunda həyəcanlı anlar - Nasazlıq YARANDI

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub.   "...

Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi

Bakıda avtomobilin pəncərəsindən küçələrə saxta 100 manatlıq əsginaslar səpən şəxs tutulub. Sfera.az bildirir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə...

Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib

Bu gün saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş ver...