"Moskva bəyanatı bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır" - Ekspert

"Ötən gün Moskvada baş tutan görüşün nəticələrinə görə uduzan tərəf hələlik Gürcüstan ola bilər". 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib. 

Onun sözlərinə görə, həm 10 noyabr bəyanatı və həm də dünən Moskvada baş tutan görüşdə imzalanan bəyanat bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır:

"İndiyədək Azərbaycanı qlobal dünya ilə bağlayan kommunikasiyalar əsasən Gürcüstan üzərindən idi. Kifayət qədər də çətinliklərlə başa gəlirdi. Son anlaşmalara görə artıq Azərbaycan Ermənistan ərazisindən, Mehri rayonundan  istifadə eməklə Naxşıvana koridor əldə edir. Naxçıvandan isə Türkiyəyə və bütün dünyaya yollar açıqdır.

Belə olan halda maraqlı sual ortaya çıxır: bundan sonra Azərbaycanın qlobal marşrutlarının, kommunikasiya və nəqliyyat xətlərinin Gürcüstan üzərindən, yoxsa Ermənistan üzərindən məlum koridorla Türkiyəyə istiqamətlənməsi  sərfəli olar?

Əlbəttə, xərclər baxımından ikinci variant daha məqbuldur".

Ekspertin fikrincə Gürcüstan tərəf üç dövlət arasında baş tutan  razılaşmadan sonra Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər etməli olacaq:

"Məlumat üçün bildirim ki, son zamanlar Gürcüstan hökuməti Azərbaycanın qlobal layihələrinə qarşı ciddi maneçilik yaradır.

Məlumdur ki, AzerTelecom şirkəti "Rəqəmsal İpək Yolu”  və onun bir hissəsi olan "Azerbaijan Digital Hub” proqramı çərçivəsində  Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini vahid optik-lifli magistralla birləşdirməyi nəzərdə tutan  qlobal layihə icra edir. 

Bu məqsədlə artıq Xəzərin dibi ilə fiber optik xətt çəkilməsini nəzərdə tutan "TransXəzər" layihəsi üzrə Qazaxıstan və Türkmənistan ilə hökumətlərarası müqavilələr bağlanıb.

AzerTelecom 2019-cu ildə bu layihənin icrası məqsədilə, Qara dənizin dibi ilə optik xəttə sahib olan  Gürcüstanın "Caucasus Online” telekommunikasiya şirkətinin səhmlərini, bütün mövcud proseduralara əməl etməklə alır.

Lakin Gürcüstan hökuməti sonradan , qanunvericiliyə dərhal  dəyişiklik edərək bu müqaviləni şübhə altına alır, Azərbaycana məxsus olan şirkəti qanunsuz yolla ələ keçirir və indiyədək də Azərbaycan və bütün region üçün əhəmiyyətli olan bu qlobal layihənin reallaşmasına imkan vermir. 

Xatırlayıram ki, Gürcüstan tərəf öz maraqları üçün Bakı –Tbilisi-Ceyhan və digər kommunikasiyalarda da bizə xeyli maneçilik ediblər.

Ermənistan koridoru Azərbaycan üçün, elə Türkiyə üçün də  yeni kommunikasiyalar baxımından daha üstün və daha əlverişli şərait yarada bilər.
Fikrimcə , Gürcüstan tərəf üç dövlət arasında dünən baş tutan  razılaşmadan sonra itirəcəklərini anlayaraq Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər edəcək.

İstənilən halda, AzerTelecom şirkətinin adı çəkilən qlobal layihənin  - TransXəzər hissəsinin davamını Gürcüstan vasitəsilə Qara Dənizin dibi ilə deyil, elə yeni yaranan Ermənistan koridoru boyunca da davam etdirilməsi məsələsini nəzərdən keçirməsi indiki anda doğru olardı".

Ülvi
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...

Son günlərin ən populyar tətbiqini yükləyənlərə xəbərdarlıq: Rusiya şəxsi məlumatlarınızı ələ keçirir

Rusiyadan qaynaqlanan və çox ciddi nəticələrə səbəb ola biləcək haker fəaliyyətləri gündəmdən düşmür.   Sfera.az bildirir ki, mütəxəssislər bu dəfə "NewP...

Tvitter bu şəxslər üçün pullu olacaq – Mask açıqladı

Tvitter biznes və dövlət səhifələri üçün pulla ola bilər. Sfera.az xəbər verir ki, Tvitteri 44 milyard dollara alan Tesla rəhbəri İlon Mask sosial medi...

"Twitter"də hansı dəyişikliklər olacaq? – İlon Mask AÇIQLADI

"Twitter”i 44 milyard dollara alan İlon Mask bu sosial media platforması barədə düşüncələrini açıqlayıb.   Sfera.az "Euronews”a istinadən xəbər verir ki,...

İlon Mask "Twitter"i aldı

Amerikalı milyarder, "SpaceX” və "Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.   Sfera.az xarici mətbuata istinadən xəb...

Sosial şəbəkələrlə bağlı yeni qanun imzalanacaq – SƏRT QAYDALAR GƏTİRİLƏCƏK

Avropa İttifaqı (Aİ) qurumları "Facebook”, "YouTube” və "Twitter” kimi rəqəmsal platformaların məzmununu istifadəçilər üçün daha təhlükəsiz edəcək qanun üzərind...