Misir təyyarəsi ələ keçirildi: Sərnişinlər azadlıqda – YENİLƏNİB

Misir təyyarəsi ələ keçirildi: Sərnişinlər azadlıqda – YENİLƏNİB

 

Kiprdə Larnaki aeroportuna enən Misir aviaşirkətinə məxsus A320 təyyarəsini qaçıran saxlanıldı.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kiprin "Siqma” telekanalı məlumat yayıb.
 
Məlumata görə, saxlanılan şəxsin üzərində partlayıcı olmayıb.

Onun həbs edilməsinə dair məlumatı Kipr hökumətinin nümayəndəsi Nikos Xristodulidis təsdiq edib.

15:19

Kipr hərbçiləri "EgyptAir” aviaşirkətinə məxsus qaçırılmış sərnişin təyyarəsini ələ keçirməyə hazırlaşırlar.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV yazır.

Hazırda bütün jurnalistləri aeroport ərazisindən çıxarırlar. 

14:57

Qaçırılan Misir təyyarəsinin göyərtəsində üç sərnişin və 5 heyət üzvü qalıb. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti aviaşirkətə istinadən məlumat yayıb. 

14:55

Kiprin Xarici İşlər Nazirliyi Misirə məxsus A320 təyyarəsini misirli İbrahim Samah deyil, digər misirli Seyf əd-Din Mustafanın qaçırdığına dair məlumatı təsdiqləyib.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Al Arabiya” məlumat yayıb.

Daha öncə bu məlumat KİV-də peyda olsa da, rəsmi şəkildə təsdiq edilməmişdi.

Məlumata görə, misirli Seyf əd-Din Mustafa Qahirə universitetində professordur.

Daha öncə Misir hakimiyyətinin təyyarə qaçırmaqda ittiham edilən professor İbrahim Samahadan üzr istədikləri barədə məlumat yayılıb. 

13:22

"EgyptAir” aviaşirkətinin "Airbus A320” təyyarəsini qaçıran misirli İbrahim Samah Atlanta universitetində veterinar tibbindən dərs deyir və ABŞ vətəndaşlığına malikdir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Ahram” qəzetinə güc strukturlarındakı mənbələr bildirib.

Nəşrin məlumatına görə, Samah həkim-veterinar diplomuna sahibdir və İskəndəriyyə əyalətində yaşayır.

Yunan qəzeti "Proto tema”nın məlumatına görə, Larnaki aeroportunun (təyyarənin qaçıranın tələbi ilə təyyarə orada yerə enib)rəhbərliyi ilə danışıqların gedişatında o, Kiprdə yaşayan keçmiş arvadı ilə görüş tələb edib.

Polislər bu qadını tapıblar və indi onu qaçırılan təyyarənin olduğu hava limanına aparırlar. Daha öncə təyyarəni qaçırdanın Liviya qaçqını olduğu və gələcəkdə Avropa ölkələrindən birinə getmək üçün o, Türkiyəyə gəldikdən sonra köçkün statusunu almağı düşündüyü barədə məlumat yayılmışdı.  

13:12

Misirə məxsus A320 təyyarəsinin qaçırılmasında terrordan söhbət getmir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kiprin prezidentiNikos Anastasiadis Avropa Parlamentinin sədri Martin Şults ilə mətbuat konfransının sonunda bəyan edib.

"Hər şey hər zaman qadınlarla bağlı olur”, - Kiprin prezidenti bildirib.

Şults Kiprdədi. Mətbuat konfransı Kipr dövlət telekanalı RİK birbaşa yayınlayıb.

Anastasiadisin sözlərinə görə, girovların azad edilməsi üçün hər şey edilir. 

12:29

Qaçırılmış A320 təyyarəsinin bütün sərnişinləri azad edilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri məlumat yayıb. 

12:16

Misirin xəbər kanalının efirində "EgyptAir” aviaşirkətinin göyərtəsində sərnişinlərin olduğu təyyarəni qaçıran şəxsin İbrahim Samah adlı şəxsin olduğuna dair məlumat səsləndirilib.

Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, dəqiqləşdirilmiş məlumata görə, təyyarəni qaçıran Liviya qaçqınıdır.

O, qaçırdığı təyyarədə türk aeroportlarından birinə uçmağı planlaşdırıb, amma təyyarənin yanacağı Bosfor sahillərinə uçmaq imkanı verməyib, bu üzdən də pilotlar Kiprdə enməli olublar.

Gələcəkdə Avropa ölkələrindən birinə getmək üçün o, Türkiyəyə gəldikdən sonra köçkün statusunu almağı düşünürdü. 

12:00

Misir təyyarəsini qaçıran şəxs Kiprdə siyasi sığınacaq istəyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yunan telekanalı "Sky” məlumat yayıb.

Məlumata görə, "Kipr hakimiyyəti ilə danışıqlar əsnasında Misir təyyarəsini qaçıran şəxs adada siyasi sığınacaq istəyib”.

"Onun digər tələblərinə dair hələlik heç bir məlumat yoxdur”, - telekanal qeyd edib. 

11:42

Misirin Aviasiya Nazirliyi A320 təyyarəsinin dörd xarici vətəndaş və heyət üzvlərindən başqa, bütün sərnişinlərinin azad edildiyi barədə məlumatı təsdiqləyib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir. 

Məlumata görə, təyyarəni qaçıran İbrahim Samaha bunu sevdiyi qadınla görüşmək üçün etdiyini açıqlayıb.

11:39

Qaçırılmış A-320 təyyarəsinin göyərtəsini 20-yə yaxın sərnişin tərk edib. 

Oxu.Az RİA Novostiyə istinadən xəbər verir.

Qeyd edilir ki, təyyarəni qaçıran şəxs misirlilərə təyyarəni tərk etməyə icazə verib. 

Məlumata əsasən, təyyarəsinin göyərtəsində 10 amerikalı və səkkiz britaniyalı var. 

11:15

Kipr hakimiyyəti "Egypt Air” aviaşirkətinin sərnişin təyyarəsini qaçıranlarla danışıqlara başlayıblar.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin Tvitter hesabında məlumat yayılıb.

Həmçinin "Egypt Air” sərnişin təyyarəsini zəbt edən şəxsin kamekadze kəmərini partladacağına dair hədələməsi barədə məlumat da dəqiqləşdirilir. 

11:13

"Egyptair” aviaşirkəti MS181 reysinin zəbt edilməsini təsdiq edib, aviaşirkət yaxın vaxtda rəsmi bəyanatla çıxış edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti şirkətə istinadən məlumat yayıb.

Zəbt edilmiş Misir təyyarəsinin endiyi Kiprin Larnaki aeroportunun administrasiyası təyyarə barədə məlumata sahib deyil, bu barədə hakimiyyət nümayəndəsi Spitnikə bildirib.

"Bizim bu barədə heç bir məlumatımız yoxdur. Bildirəcəyimiz bir informasiyamız yoxdur”, - administrasiya nümayəndəsi bildirib.

Daha öncə İskəndəriyyədən Qahirəyə uçan Misir aviaşirkətlərindən birinə məxsus təyyarənin zəbt edilməsi barədə 08.30-da polisə məlumat verildiyi barədə informasiya yayılmışdı. Təyyarə Kiprin Alrnaki aeroportunda enib.

Kiprin XİN naməlum şəxslər tərəfindən А-320 "Egyptair” təyyarəsinin zəbt edildiyi və Larnakidə endiyi barədə informasiyanı təsdiqləyib.

Kipr polisi hələlik dəqiq məlumata sahib deyil, yalnız naməlum şəxslər tərəfindən zəbt edilmiş A-320 təyyarəsini partladılacağı barədə təhlükənin olduğu məlumdur, yunan nəşri  protothema.gr məlumat yayıb. 

10:56

Çərşənbə axşamı Misirdə İskəndəriyyə-Qahirə üzrə daxili reysi həyata keçirən "Egypt Air” aviaşirkətinin təyyarəsini ələ keçirən naməlum şəxs tələbləri yerinə yetirilməyəcəyi halda, kamekadze kəmərini partlatmaq ilə komandir və sərnişinləri hədələyib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Əl-Bələd” xəbər portalı məlumat yayıb.

Həmçinin təyyarənin kapitanı Qahirədə dispetçerlərə, təyyarənin zəbt edildiyini və Kiprə uçacağını da xəbər verməyi çatdırıb.

Məlumata görə, təyyarədə 51 sərnişin və 7 heyət üzvü olub. Daha öncə KİV-də yayılmış məlumatlarda təyyarədə 81 sərnişinin olduğu bildirilirdi.  

10:41

Naməlum şəxslər İskəndəriyyədən Qahirəyə uçan sərnişin təyyarəsini zəbt ediblər.

Oxu.Az bu barədə Reutersə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda təyyarə Kiprdə Larnaki aeroportunda yerə enib.

Təyyarə İskəndəriyyədən Qahirəyə uçurdu, agentlik məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 81 nəfər olub.

KİV təyyarəni qaçıranların Misir mənşəli qadınlara və uşaqlara təyyarəni tərk etməyə icazə vermək niyyətində olduqlarını bildirib.

 

 
 


OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...