Metro tunelində qaçan qızlar haqda yeni məlumat - ““TikTok” çəkirdik”

Metro tunelində qaçan qızlar haqda yeni məlumat - ““TikTok” çəkirdik”
Ötən gün metronun "20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.

Sfera.az-ın məlumatına görə, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.

İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı dərhal "20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb. (Qafqazinfo)
 

OXŞAR XƏBƏRLƏR

Metro tunelində qaçan qızlar haqda yeni məlumat - ““TikTok” çəkirdik”

Ötən gün metronun "20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb. Sfera.az-ın məlum...

General-leytenanta yeni səlahiyyət verildi - BAŞ NAZİR QƏRAR İMZALADI

Nazirlər Kabinetinin "İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib. Sfera.az xəbər verir ki, bununl...

Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafi...

Bu uşaq bezlərinin qiyməti bahalaşdı - SİYAHI

Son iki həftədə uşaq bezlərində qiymət artımı müşahidə olunur. Ümumilikdə bezlərin qiyməti 1-5 manat arası bahalaşıb. Sfera.az uşaq bezlərinin yeni və əvv...

Pensiyası az olanların NƏZƏRİNƏ: Əlavə müavinət təyin olunacaq

Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. ...

DİN-in Mətbuat Xidmətində yeni kadr təyinatı oldu

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovn...