Məşhur bəstəkar Röyanın müdafiəsinə qalxdı: "Flora ona baxıb fəxr edəcək"

Məşhur bəstəkar Röyanın müdafiəsinə qalxdı:  "Flora ona baxıb fəxr edəcək"

"Vaxt gələcək və Röya sənətin elə bir zirvəsinə çıxacaq ki, Flora Kərimova ona baxıb fəxr edəcək".

Sfera.az bildirir ki, bunu aznews.az-a açıqlamasında əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli F.Kərimovanın "Röya heç zaman böyük mənada sənətkar ola bilməyəcək" ittihamına 

münasibət bildirərkən deyib. N.Mirməmmədli bildirib ki, Röyanın səsi kimi mahnıları da gözəldir: 

"Mən Röyanın sənətinə, gələcəyinə arxayınam ki, onunla işləyirəm. Çox sevinirəm ki, Röyanın

 görünməsində o musiqilərin bir təsiri olub. Amma ifaçı sənətkar olmasaydı, mən nə qədər gözəl 

mahnı yazsaydım da, mənasız idi, Röya görünməyəcəkdi. Röyanın sənətkar olduğunu zaman göstərəcək. Hələ ki yaşıdlarının içində sürətlə irəliləyən Röya olub. O, sənətkar adına layiq olacaq".


N.Mirməmmədlinin fikrincə, Röya özünü tək onun deyil, başqa bəstəkarların da mahnılarında sınayıb:

 "Ən çətin texnikaları olan mahnılardan ibarət konsert verdi. Kim tutduğu zirvədə qalacaq, ya qalmayacaq - 

bunu zaman deyəcək. Röya zəhmətkeşdir, mənim onun gələcəyinə ümüdim var".


Bəstəkar Röyanın ifasında olan mahnıların obraz baxımından bir-birindən tamamilə fərqləndiyini deyib:

 "Ona yazdığım bütün mahnılar fərqli-fərqli obrazlardır. Lirik mahnılardan söhbət gedirsə, hamısında hüzn

 var. Ancaq müxtəlif çalarlı musiqilərdir. Röyanın ifasında olan bütün musiqilər onun səsinə uyğun yazılıb.

 Ola bilsin, Flora xanımı onun tembri çaşdırır. Röyanın tembri fərqlidir. Mən Röyanın səsinin rənginə uyğun

 müğənni tanımıram. Bu xanım deyib ki, Röyanın səs diapazonu çox balacadır. Xeyr, elə deyil". 


Qeyd edək ki, xalq artisti Flora Kərimova əməkdar artist Röyanı ağır ittiham edib. O, "ATV maqazin onlarla"

 verilişində bildirib ki, Röya illərlə gündəmdə ola bilər, amma heç vaxt böyük mənada sənətkar ola bilməz. 


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...