Məşhur azərbaycanlı futbolçu: "Gündə 5 dəfə namaz qılıram"

Məşhur azərbaycanlı futbolçu:
Azərbaycan millisinin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevin doğum günüdü. 23 yaşı tamam olan futbolçu Samara klubunun yutub kanalına maraqlı müsahibə verib. Ona əsasən gündəlik həyatında gördüyü işlər barədə suallar ünvanlayıb.

Azərbaycan millisinin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevin doğum günüdü. 23 yaşı tamam olan futbolçu Samara klubunun yutub kanalına maraqlı müsahibə verib.

Ona əsasən gündəlik həyatında gördüyü işlər, şəxsi maraqları, sosial şəbəkələrdəki fəallığı və s. barədə suallar ünvanlayıb. Müsahibənin müəyyən hissəsini təqdim edirik.

- Sonuncu dəfə kimə zəng vurmusunuz?

- Valideynlərimə, daha dəqiqi, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdəki, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

- "Votsap"da son mesajınız nə olub?

- Dostlarımla "Yuventus" - "Atletiko" oyununu müzakirə etmişik. Hamı Ronaldodan yazır: Ronaldo möhtəşəmdi, maşınıdı.

- Hansı musiqiləri bəyənirsiniz?

- Son vaxtlar, ümumiyyətlə, musiqiyə qulaq asmıram. Axırıncı dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Musiqiyə az-az qulaq asıram. Paltardəyişmə otağında kimsə mahnı qoşanda eşidirəm.

- Futbol olmasaydı...

- Futbolu seçməsəydim, taleyimin necə olacağını bilmirəm. Amma boksu xoşlayıram. Özümü bu idman növündə və ya basketbolda sınayardım.

- Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?

- Zəngli saat mənə tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Ondan sonra yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.

OXŞAR XƏBƏRLƏR

Fərhad Məmmədov Olimpiya Oyunlarındakı uğursuzluğun səbəblərindən danışdı: “Püşkatma...” - MÜSAHİBƏ

Bu gün daha bir cüdoçumuz Murad Fətiyev Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Daha əvvəl, yarışa qatılan cüdoçularımızdan Aişə...

Rəşad Sadıqov: "Neftçi" çempion olsaydı... - MÜSAHİBƏ

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Səbail" üzərində 4:0 hesablı qələbəni dəyərləndirib. Çempionluğun rəsmiləşdiyi XXVII tur oyunundan sonra o, bir sıra maraqlı...

"Avtomobilimi 305 km/saat sürətlə sürmüşəm" - MÜSAHİBƏ

"Tuninqlə bağlı problem olmuşdu. Həm də mən milli komanda ilə toplanışda olduğum vaxt qohumum maşını sürətlə idarə etmişdi və avtomobili saxlamışdılar. Həmin va...

Fariz Nəcəfov: "Əlavə maliyyə mənbələri axtarmağı düşünürük” - MÜSAHİBƏ

Sfera.az "Qəbələ"nin yeni prezidenti Fariz Nəcəfovla müsahibəni sizə təqdim edir: - Aprelin 10-da "Qəbələ"nin prezidenti postundan istefa verən Tale ...

Zaur Axundov:" Komandanın bu durumu böhrandır"- MÜSAHİBƏ

"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlə...

Adamyeyənlər arasında olmuş azərbaycanlı alpinist: "Düyü alıb, bizi yemədilər" - VİDEO

Azərbaycanlı həvəskar alpinist Vadim Vokryaçko planetin ən yüksək nöqtəsini – Everest zirvəsini fəth etməyə hazırlaşır.     Sfera.az xəbər verir ki...