Məşhur aparıcının həyat yoldaşının qətli ilə bağlı DETALLAR BƏLLİ OLDU

Məşhur aparıcının həyat yoldaşının qətli ilə bağlı DETALLAR BƏLLİ OLDU
Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, tanınmış vəkil Şafak Mahmutyazıcıoğlunun ölümü ilə bağlı detallar məlum olub.

Sfera.az bildirir ki, iddialara görə, Mahmutyazıcıoğlu iki qrup arasındakı münaqişəni həll etmək üçün tez-tez getdiyi Yeşilköydəki balıq restoranında görüş təşkil edib. Onun vasitəçiliyi ilə bir araya gələn iki tərəf arasındakı mübahisə əvvəlcə həll olunub. Görüşün sonuna yaxın, tərəflərdən biri razılaşmanı pozduğunu bildirərək sərt reaksiyalar verib və masa arxasında mübahisə yaranıb. Dava böyüyüb, silah səsləri eşidilib. Tərəflərdən birinin açdığı atəş nəticəsində Mahmutyazıcıoğlunun sürücüsünün qardaşı oğlu yaralanıb. Şafak yaralanan şəxsə yardım etmək istəyən zaman özü də güllələnib – 4 güllədən üçü ayağına dəyib, biri isə çanağından keçən aorta damarını parçalayıb, qan itkisinə görə Mahmutyazıcıoğlu hadisə yerində dünyasını dəyişib.

Olayda iştirak edən 6 nəfər haqqında həbs qərarı çıxarılıb, onlardan 2-si Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən tutulub. Uğur Can Bilge və Gökhan Karakan saxlanılıb, Ali Yasak, Kadir Yasak, Seccad Yeşil və Serkan Dakmanın  isə tutulması üçün işlərin davam etdiyi bildirilib.
 
Qeyd edək ki, Mahmutyazıcıoğlu daha əvvəl Beşiktaş İdman Klubunda menecer vəzifəsində çalışıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...